İdman
"Beşiktaş" doğma meydanda məğlub oldu
Yanvarın 31-də futbol üzrə Türkiyə çempionatının XXII turunun üçüncü günündə keçirilən qarşılaşmada "Beşiktaş" doğma meydanda "Trabzonspor"u qəbul edib.
Publika.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin hücumçusu Vinsent Aboubakar açıb. Lakin qarşılaşmanın 44-cü dəqiqəsində İstanbul klubunun futbolçusu Fransisko Montero topu səhvən öz qapısına göndərib. Matçın 63-cü dəqiqəsində isə Vitor Huqo "Trabzonspor"a qələbə qazandıran qolun müəllifi olub.
Günün digər görüşündə isə "Antalyaspor" səfərdə "Gənclərbirliyi"ni minimal hesabla məğlub edib. "Ərzurumspor" isə öz meydanında "Ankaragücü"nü 1:0 hesabı ilə udub. "Alanyaspor" doğma divarlar arasında "Sivasspor"u 3:1, "Dənizlispor" isə "Göztəpə"ni 2:1 hesabı ilə üstələyib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 45 xalla "Fənərbağça" başçılıq edir. İkinci pillədə 44 xal toplayan "Beşiktaş", üçüncü pillədə isə 42 xala malik olan "Qalatasaray" qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXII turda "Konyaspor" istirahət edib.
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək
















.jpg)












.jpg)



