UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu
Bizi izləyin

İdman

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə 1-ci yer, İsveçrə isə Çexiya ilə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. İspaniyalılar səfər, isveçrəlilər ev qələbəsi ilə istəyinə çatıb. Çexiya isə A Liqasını tərk edib.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Səfərdə qolsuz bərabərliyə nail olan qonaqlar pley-offa adlayıb.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.

4-cü qrupda səfərdə Norveçə qalib gələn Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib. Qrupun digər matçında Sloveniya İsveçlə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni daha əvvəl təmin etmiş Yunanıstan seçməsi evdə Şimali İrlandiyanı məğlub edib. Kosovo doğma meydanda Kipri darmadağın edərək, C Liqasında qalıb. Qonaqlar isə sözügedən divizionu tərk edib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

27 sentyabr

A Liqası

2-ci qrup

22:45. Portuqaliya - İspaniya - 0:1

Qol: Alvaro Morata, 88

22:45. İsveçrə - Çexiya - 2:1

Qollar: Remo Froyler, 29, Brel Embolo, 30 - Patrik Şik, 45

Xal durumu: İspaniya - 11, Portuqaliya - 10, İsveçrə - 9, Çexiya - 4

B Liqası

22:45. Ukrayna - Şotlandiya - 0:0

22:45. İrlandiya - Ermənistan - 3:2

Qollar: Con İqan, 18. Maykl Obafemi, 52. Robbi Breydi, 90+1 (pennalti) - Artak Daşyan, 71. Eduard Spertsyan, 73

Qırmızı vərəqələr: Ohanes Ambartsumyan, 89. Artak Daşyan, 90 (hər ikisi Ermənistan)

Xal durumu: Şotlandiya - 13, Ukrayna - 11, İrlandiya - 7, Ermənistan - 3

2-ci qrup

22:45. Albaniya - İslandiya - 1:1

Qollar: Ermir Lenyani, 35 - Mikael Anderson, 90+7

Qırmızı vərəqə: Aron Qunnarsson, 11 (İslandiya)

Xal durumu: İsrail - 8, İslandiya - 4, Albaniya - 2, Rusiya* - 0

4-cü qrup

22:45. İsveç - Sloveniya - 1:1

Qollar: Emil Forsberq, 42 - Benyamin Şeşko, 28

22:45. Norveç - Serbiya - 0:2

Qollar: Duşan Vlahoviç, 42. Aleksandar Mitroviç, 54

Xal durumu: Serbiya - 13, Norveç - 10, Sloveniya - 6, İsveç - 4

C Liqası

2-ci qrup

22:45. Yunanıstan - Şimali İrlandiya - 3:1

Qollar: Dimitris Pelkas, 14. Giorqos Masuras, 55. Petros Mantalos, 80 - Şeyn Leyveri, 18

22:45. Kosovo - Kipr - 5:1

Qollar: Florent Musliya, 22. Donat Rudani, 45+1. Elbasan Raşani, 47. Vedat Muriki, 52; 84 - Valenten Roberj, 81

Xal durumu: Yunanıstan - 15, Kosovo - 9, Şimali İrlandiya - 5, Kipr - 5.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm