İdman
“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşdi - FOTO
“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşib.
Publika.az xəbər verir ki, Elmar Baxşıyevin istefasından sonra boş qalan posta gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze təyin edilib. 55 yaşlı çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb.
Futbolçu kimi Gürcüstanın “Metallurq” (Rustavi, 1984-86, 1987), “Dinamo” (Tbilisi, 1986), “İberiya” (1988-91), “Lokomotiv” (Tbilisi, 2000-02), İsveçin “Sundsvall” (1991), Rusiyanın “Spartak” (Moskva, 1992), “Dinamo” (Moskva, 1992), “Alaniya” (1997), “Anji” (2003-04), Almaniyanın “Ayntraxt” (Frankfurt, 1993-96), İngiltərənin “Mançester Siti” (1998-2002) klublarında çıxış edən Tsxadadze MDB (1992) və Gürcüstan (1991-98) milli komandalarının formasını geyinib. O, 1990 və 1991-ci illərdə Gürcüstan, 1992-ci ildə Rusiya çempionu adını qazanıb.
Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14) baş məşqçisi olmuş mütəxəssis çalışdırıcı karyerasına 2001-02-ci illərdə Tbilisi “Lokomotiv”ində başlayıb. Həmin vaxt oynayan məşqçi funksiyasını yerinə yetirən Tsxadadze sonradan vətənində “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.
Onun rəhbərlik etdiyi komandalar 2004/05 və 2005/06 mövsümlərində Gürcüstan, 2009/10 mövsümündə Azərbaycan çempionu, 2017-ci ildə Qazaxıstan Superkubokunun qalibi olub.
Tsxadadzenin köməkçisi vəzifəsində George Çixradze çalışacaq. O, 2011-15-ci illərdə ölkəmizdə “Simurq”un baş məşqçisi olub.
-
Dünya07:15Hər 3 aydan bir bütün vətədaşlara 200 dollar paylanacaq - Bu ölkə ilkə imza atdı
-
Dünya05:45Oliqarxdan Zelenski ilə bağlı İDDİA
-
Qoroskop01:40Günün ulduz falı: Tələsik addımlar atmayın!
-
Hadisə00:35Mirmahmud Mirəlioğlunun qəfil ölən 18 yaşlı nəvəsinin FOTOLARI
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...



































