İdman
FHN-in İdman-sağlamlıq klubunun üzvü Olimpiya Oyunlarının mükafatçısı oldu
24 iyul – 11 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunları keçirilib və Azərbaycanı taekvondo idman növündə təmsil edən Qaşım Maqomedov 58 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Q.Maqomedov FHN İdman-sağlamlıq klubunun üzvüdür.
Qeyd olunub ki, idmançımız bundan əvvəl də bir sıra beynəlxalq yarış və turnirlərdə yüksək nəticələr göstərməyi bacarıb. Bunlardan, xüsusilə IV İslam Həmrəyliyi Oyunlarında qazandığı gümüş medalı, Krakovda (Polşa) keçirilən III Avropa Oyunlarında bürünc medalı və 2023-cü il Avropa Taekvondo Çempionatında (Tallin, Estoniya) qazandığı qızıl medalı qeyd etmək olar.
Həmçinin, Q.Maqomedov 2023-cü ildə Çinin Uşi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin təsnifat və həmin turnirin final mərhələsində qələbə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya əldə edib.
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq






















.jpg)












