İdman
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
Lionel Messi təkcə futbol dahisi deyil, həm də inanılmaz həyat hekayəsi olan bir insandır. O, tez-tez şəxsi həyatı və addımları ilə gündəmə gəlir.
Onun unikallığını ortaya qoyan bir sıra faktlar var. Publika.az onlardan bir neçəsini sizə təqdim edir:
- PSJ-yə keçdikdən sonra Messi Çempionlar Liqasının “Mançester Siti” ilə matçından əvvəlki gecə “Le Royal Monceau” otelində 40 min dollarlıq oğurluğun qurbanı olub. Bundan sonra o, qorunan ərazisi olan yaşayış kompleksinə köçüb.

- Təzyiqlərin öhdəsindən gəlmək üçün Messi video oyunlarla maraqlanmağa başlayıb. Xüsusilə FİFA adlanan futbol seriyasını çox sevir. Bu, hətta real həyatda bacarıqlarını təkmilləşdirməyə kömək edir. "Barselona"da məşqlərdən sonra "PlayStation"da 3 saat vaxt keçirirdi.

- Avtomobil sürmək qorxusunu (amaxofobiya) aradan qaldırmaq üçün Messi qabaqcıl təhlükəsizlik sistemləri olan avtomobillərə 40 milyon dollar xərcləyib. Bu investisiya ona sükan arxasında özünə inam qazanmağa kömək edib.

- O, qazlı suyu sevir. Leo bir dəfə matçlardan əvvəl şəkərli içkiləri qadağan edən Pep Qvardiolanın qarşısında bir banka qazlı içki içib. Nəticədə Pep "Barsa"nın məşq bazasından bütün qazlı içki avtomatlarının yığışdırılmasına göstəriş verib.

- Messi İspaniyada 4,1 milyon dollar vergi ödəmədiyi üçün 21 aylıq şərti həbs cəzasına məhkum edilib.

- Leonun15 milyon dollarlıq unikal şəxsi təyyarəsi var.

- O, "Barselona"ya keçəndə bir daha sevdiyi Antonella ilə birlikdə olmayacağını düşünüb. Lakin ən yaxın rəfiqəsinin faciəvi ölümündən sonra Messsi dərhal sevgidiyi xanımı dəstəkləmək üçün Argentinaya uçub və münasibətləri yenidən alovlanıb.

- Messi ilk dəfə "Barselona"nın əsas komandasına qoşulanda çox utancaq olub. Komandanın ulduzu Ronaldinyo onun formalaşmasına kömək edib. Komandadan gedərkən braziliaylı əfsanə hətta ona 10 nömrəli formasını verib.
Heybət
/origin-imgresizer.eurosport.com/2018/10/02/2431760-50533970-2560-1440.jpg)
-
Hadisə17:33Kamran Əsədov həbs edildi - Məhkəmə zalında
-
Rəsmi xronika17:14Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım etdi
-
Avropa17:11Ölümcül ssenari: Avropa üç illik xaosa hazırlaşır
-
Dünya16:38Aralıq dənizində gərginlik: İki ölkə Rusiyaya qarşı əməliyyat keçirdi
-
Nida Xəbər 15:32Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi - FOTO
-
Nida Xəbər 15:18Mədət Quliyevlə Zəhra ayrıldı
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı



















.jpg)




.jpg)









