İdman
Qurban Qurbanov 16 yaşlı futbolçunu “Qarabağ”ın əsas komandasına cəlb etdi
Qurban Qurbanov “Qarabağ” U-19 komandasının futbolçusu Əli Bəşirovu əsas komandanın məşqlərinə cəlb edib.
Publika.az xəbər verir ki, 2010-cu il təvəllüdlü yarımmüdafiəçi “Qarabağ”ın heyətində Antalyada keçiriləcək qış təlim-məşq toplanışına da yollanıb.
Azərbaycan çempionu qış hazırlığına Bakıda start verib və dünən Türkiyəyə yola düşüb. Onların toplanışı yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da baş tutacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sabah Özbəkistan çempionu “Neftçi” (Fərqanə) ilə qarşılaşacaq və oyuna Bakı vaxtı ilə 18:00-da start veriləcək.
“Qarabağ” yanvarın 16-da Polşanın “Zaqlembe”(Lublin) klubu ilə üz-üzə gələcək və həmin matç Bakı vaxtı ilə 19:00-da başlayacaq.
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...











.jpg)




























