İdman
İnyesta milli komandada məşqçi olacaq?
"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta Mərakeş Kral Futbol Federasiyasının (FRMF) maraq dairəsinə düşüb.
Publika.az xəbər verir ki, 41 yaşlı ispan mütəxəssis Mərakeş və Seneqal milliləri arasında keçirilmiş (1:0) Afrika Kubokunun final oyununu izləmək üçün Rabata dəvət olunub. "Mundo Deportivo"nun məlumatına görə, FRMF İnyestanın Mərakeş millisinin məşqçilər korpusuna cəlb olunmasında ciddi maraqlıdır.
İnyesta son açıqlamalarında elit futbol dünyası ilə əlaqəni qorumaq istədiyini, gələcəkdə baş məşqçi kimi və ya idman idarəçiliyi ilə bağlı funksiyalarda çalışmağa hazırlaşdığını bildirib.
Qeyd edək ki, Mərakeş 2030-cu il dünya çempionatını İspaniya və Portuqaliya ilə birgə qəbul edəcək ölkələrdən biri olduğu üçün genişmiqyaslı futbol layihəsi üzərində işləyir.
Heybət
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək











.jpg)



























