İdman
Qurban Qurbanov Samini cəzalandırmasından, Toralın gülməsindən DANIŞDI
“Sami idman-intizam qaydalarını pozmuşdu, buna görə əvəzedici komandaya göndərilib”.
Publika.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Dinamo Zaqreb”dən icarəyə götürülən müdafiəçi Sami Mmae haqqında danışarkən deyib.
O, belçikalı futbolçunun əvəzedici komandaya göndərilməsinin normal hal olduğunu bildirib:
“Bizdə belə hallar olur. Əvvəllər də futbolçular qaydaların pozulmasına görə əvəzedici komandaya göndərilib. Lakin biz bunu açıq şəkildə ictimaiyyətə bildirməmişik. Hər bir komandada belə hadisələr yaşanır”.
Təcübəli mütəxəssis “Nyukasl”la ilk görüşün birinci hissəsinin sonlarında, penalti epizodu zamanı futbolçu Toral Bayramovun gülməsi və bu anın ekrana yansımasına da reaksiya verib:
“Toralla danışmışam, həmin anla bağlı bir hadisə deyil. Epizoda qədər aralarında söhbət olub və gülüş anı həmin məqama təsadüf edib. Başqa bir səbəb yoxdur. Bəli, fikirlərimi bildirdim. Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib”.
Heybət
-
Region15:12Tibbi sığorta sisteminin fiaskosu: Ermənistanda həkimlərin etirazı başladı
-
Nida Xəbər 14:40İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT
-
Rəsmi xronika14:08Prezident dəyişikliyi imzaladı: Azərbaycanda...
-
Avropa13:34"Epşteyn işi" kral ailəsində qalmaqal yaratdı: 20 illik uçuş sirri yoxa çıxıb
-
Magazin112:22Şou-biznesi bir-birinə vuran qalmaqala onlar da qoşuldu - FOTO/VİDEO
-
İdman11:50Rusiyanı Almaniyaya dəyişən azərbaycanlı gözəl: Hər kəs ondan danışır - Fotolar
-
Rəsmi xronika11:34Prezident onları təltif etdi - SİYAHI
-
Rəsmi xronika11:27İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi






































