Çalışmalıyıq ki, İngiltərədə daha yaxşı çıxış edək - Montiel
Bizi izləyin

İdman

Çalışmalıyıq ki, İngiltərədə daha yaxşı çıxış edək - Montiel

“Qarabağ”ın futbolçusu Coni Montiel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində səfərdə qarşılaşacaqları “Nyukasl”la oyun barədə danışıb.

Publika.az xəbər verir ki, o, İngiltərədəki qarşılaşma barədə bunları deyib:

“Düşünürəm ki, ilk oyunun birinci hissəsində çox uğursuz, bizə yaraşmayan şəkildə çıxış etdik. İkinci yarı yaxşı alındı. Bütün oyunu elə oynamalı idik. Həmin görüşü artıq unutmalıyıq. Çempionlar Liqasının səviyyəsi hər kəsə məlumdur. Amma çalışmalıyıq ki, İngiltərədə daha yaxşı çıxış edək və öz oyunumuzu göstərək”.

Qeyd edək ki, “Nyukasl” - “Qarabağ” matçı fevralın 24-də, saat 00:00-da keçiriləcək. Komandalar arasında Bakıda keçirilən görüş “sağsağanlar”ın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm