Milli komandada qalmaqal: Bunu etməyən futbolçular DÇ-2026-ya aparılmayacaq
Bizi izləyin

İdman

Milli komandada qalmaqal: Bunu etməyən futbolçular DÇ-2026-ya aparılmayacaq

Milli komandada qalmaqal: Bunu etməyən futbolçular DÇ-2026-ya aparılmayacaq

Meksika Futbol Federasiyası yerli çempionatda çıxış edən futbolçulara bildirib ki, əgər onlar milli komandanın təlim-məşq toplanışına qatılmayıb klublarında qalacaqlarsa, 2026-cı il dünya çempionatının yekun mərhələsi üçün heyətdən kənarlaşdırılacaqlar

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Toplanış mayın 6-da başlayıb və FİFA-nın rəsmi beynəlxalq oyun pəncərəsindən kənarda keçirilir. Təlim Meksika çempionatının pley-off mərhələsi, eləcə də KONKAKAF Çempionlar Kubokunun oyunları ilə üst-üstə düşür. Futbolçular üçün son vaxt yerli vaxtla saat 20:00 olaraq müəyyən edilib.

Ötən həftə federasiya millinin baş məşqçisi Xavyer Aqirrenin Mexikodakı toplanış üçün seçdiyi yerli çempionatın 20 futbolçusunun adını açıqlamışdı. Onlardan 12-nin dünya çempionatının yekun heyətində yer alacağına zəmanət verilib.

“Baş məşqçilər korpusunun göstərişinə əsasən, bugünkü təlim-məşq toplanışına qatılmayan hər bir futbolçu dünya çempionatının heyətindən çıxarılacaq”, – federasiyanın bəyanatında deyilir.

ABŞ və Kanada ilə birlikdə bu yay mundiala ev sahibliyi edəcək Meksika yığması yekun heyətini iyunun 1-də açıqlayacaq. Komanda mayın 22-də Qana, mayın 31-də Avstraliya, iyunun 4-də isə Serbiya ilə yoldaşlıq oyunları keçirəcək. Daha sonra mundialın qrup mərhələsinə iyunun 11-də “Asteka” stadionunda CAR-a qarşı matçla başlayacaq.

“Bildiyiniz kimi, açıqlama tam aydındır. Kim gəlməsə, dünya çempionatından kənarda qalacaq. Biz güzəştə gedə bilmərik. Heç kim razılaşmanı pozmayıb. İndiyədək pley-off oyunları milli komanda futbolçuları olmadan keçirilirdi. İndiyə qədər imzaladığımız, müzakirə etdiyimiz və gördüyümüz hər məsələdə hamımız razı olmuşuq. Onlar bizi qeyd-şərtsiz dəstəkləyiblər. Mən burada izah etmək istəyirəm ki, bu, xüsusi layihədir və biz ona sadiqik. Qeyri-adi heç nə baş verməyib, hər şey plan üzrə gedir. Azarkeşlər, futbolçular, rəhbərlik və media daxil olmaqla hər kəsdən böyük dəstək görürük. Hamımız eyni gəmidəyik və bunu vurğulamaq vacibdir”, – deyə Aqirre mətbuat konfransında bildirib.

“Toluka” isə hücumçu Aleksis Veqa və müdafiəçi Xesus Qalyardonun milli komandaya qoşulmasına icazə vermək məcburiyyətində qalıb. Komanda mayın 7-də KONKAKAF Çempionlar Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Los-Anceles”i qəbul edib. İlk görüş 1:2 hesabı ilə başa çatmışdı, cavab matçında isə “Toluka” 4:0 hesablı qələbə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm