İdman
Ronaldonun qiyməti açıqlandı – o, yenə zirvədədir
Hər gün haqında eşitməyə vərdiş etdiyimiz Ronaldo ilə bağlı daha iki xəbər hər kəsin diqqətini çəkib.
Publika.az onunla bağlı bu gün yayılan maraqlı məlumatları diqqətinizə çatdırır.
400 milyon avrodan keç, al
"Real"ın futbolçusu Kristiano Ronaldonun təzminat qiyməti açıqlanıb.
Futbolçunun meneceri Xorxe Mendes BBC-yə müsahibəsində portuqaliyalı hücumçunun İngiltərə klublarından birinə mümkün transferi haqda sualı cavablandırıb.
Müsahibə zamanı o qeyd edib ki, Ronaldonu almaq istəyən klub 300 milyon funt-sterlinqdən (400 milyon avroya yaxın) keçməlidir:
““Real” hansısa səbəbdən Ronaldonu satmağı düşünərsə, onu almaq istəyən klub 300 milyon funt-sterlinqindən keçməlidir”.
Yenə birinci oldu
Bundan əlavə, Ronaldo haqqında digər maraqlı məlumat isə “ən məhsuldar cərimə zərbəsi ustaları”nın siyahısında onun hamını qabaqlaması olub.
Belə ki, 2010/2011 mövsümündən bu yana Avropanın beş böyük futbol liqasında oynayan ən məhsuldar cərimə zərbəsi ustalarının siyahısında Ronaldo 17 qolla I pillənin sahibi olub.
İlk “onluğ”u təqdim edirik:
1.Kriştianu Ronaldo ("Real") - 17 qol
2. Andrea Pirlo ("Yuventus") - 14 qol
3. Françesko Lodi (“Cenoa”, "Kataniya") - 12 qol
4. Lionel Messi ("Barselona") - 11 qol
5. Xuan Aranqo ("Borussiya", Münhenqladbax) - 10 qol
6. Antonio Di Natale ("Udineze") - 8 qol
7. Luis Suares ("Liverpul", "Barselona") - 8 qol
8. Qaret Beyl ("Tottenhem", "Real") - 8 qol
9. Daniel Vass ("Evian") - 8 qol
10. Benat Ekçeberiya ("Betis", "Atletik") - 7 qol
Aygün İlqarqızı
-
Sosial23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin122:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman20:36Əfsanə geri dönür?
-
Sosial20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin120:12Qızları Rəvanın toyunda - VİDEO
-
Pul20:00Genişmiqyaslı əməliyyat: 8 milyard dollarlıq kriptovalyuta ələ keçirildi
-
Magazin119:00Rəvan Qarayevin toyundan ilk görüntülər - FOTO
-
Magazin218:24Cennifer Lopezdən şok etiraf: "Bunu daha əvvəl etməli idim, fantastikdir"




























.jpg)









