İKT
CİDDİ TƏHLÜKƏ: Enerji cihazını "tok"da saxlamayın
Enerji cihazını (adapter) elektrik yuvasında telefona qoşulu olmadan saxlamaq olmaz. Çünki bu həm cihazın xarab olmasına, həm də yanğına səbəb ola bilər.
Publika.az xarici KİV-ə istinadla xəbər erir ki, bu barədə “Sinergiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.
Onun sözlərinə görə, cihazın özü uşaqlar və ev heyvanları üçün əlçatmaz olan yerdə saxlanılmalıdır. Belə ki, ev heyvanları naqili çeynəyə bilər, bu isə səhhətlərinə zərərdir. Uşaqlar da cihazı ağızlarına aparırlar, bunun nəticəsi də faciəvi ola bilər.
“Bundan başqa, şarj aparatını ildırım çaxarkən, yaxud güclü külək vaxtı elektrik yuvasına taxılı qoymaq olmaz”, - deyə ekspert vurğulayıb.
Kosarev həmçinin orijinal enerji cihazı aparatlarından istifadəni məsləhət görüb.
O, smartfonda akkumlyatorun şarjına nəzarətin vacibliyini də vurğulayıb.
“Qadjetinizin akkumlyatorun boşalmasına görə sönməsinə imkan verməyin, bundan başqa 100 faiz doldurmaq da lazım deyil. Akkumlyatorun ömrü üçün ən optimal variant onun şarjını 20-80 faiz arasında saxlamaqdır”, - deyə ekspert bildirib.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH







.jpg)




.jpg)





.jpg)

















