İKT
İlon Maskın peyk internetinin sürəti REKORD VURDU
Starlink qlobal peyk şəbəkəsinin internetinin sürəti rekord həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə internetin sürətini Ookla Speed Test servisi vasitəsilə ölçmüş almaniyalı istifadəçi yayıb.
Wccftech məcmuəsinin yaydığı məlumata görə, ölçmə zamanı İlon Maskın internetinin sürəti internetdən yükləmə zamanı saniyədə 560 meqabitə çatıb.
Servisin mütəxəssisləri bildiriblər ki, Starlink peykləri vasitəsilə məlumatların ötürülməsi sürəti bir çox amillərin təsiri altında dəyişə bilər. Bu amillərdən biri eyni vaxtda müəyyən peyklər zəncirinə qoşulmuş istifadəçilərin sayıdır. Bundan əlavə Starlink-in göstəricilərinə yerüstü şəbəkələr də təsir edir.
Qeyd edək ki, Starlink qlobal şəbəkə layihəsinin ilk peyklər qrupu 2019-cu ilin may ayında işə salınıb. Starlink ilk növbədə az məskunlaşmış, şəbəkə infrastrukturunun zəif olduğu bölgələrə internet verilməsinə istiqamətlənib.
Cari ilin aprel ayında peyk internetinin abonentləri məlumatların ötürülməsi sürətinin ilk dəfə saniyədə 200 meqabitə çatdığını müşahidə ediblər. Fevral ayında İlon Mask 2021-ci ilin sonuna qədər Starlink internetinin sürətinin iki dəfə artacağını söz verib.
Read more: https://sputnik.az/tech/20210519/426990938/lon-Maskn-peyk-internetinin-srti-rekord-vurub.html
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)

.jpg)



.jpg)





















