Köşə
Qadınlığa gücün çatmır, abort ol!
Leyla Sarabi
Mən bir daha doğulsaydım, saçlarımın əvəzinə əllərimi uzadardım. Dünya boyda qucağıma milyon-milyon diri körpə sığdırardım. Yox, mən bir də doğulsaydım, bu dünyanın qapıların uşaqların üzlərinə bağlayardım.
Mən yetişdikcə, bu dünyadan insana yurd olmayacağını elə şəffaf dərk edirəm ki, anaların boş qarnına sevinirəm. Beynini tələf etdirənlərdən ürəyi şikəst körpələr doğulur.
Mən dünən bir balaca tanıdım. Quş canını Yer üzü özünə cəzb etməkdə acizdi. Havada da rahat uçmur körpəcik. Paslanmış mismarla göydən asılı qalıb. Əmin oldum, bu dünyanın adamı deyil o... Nəfəsi ana bətnindən qovulan dölün hönkürtüsü qoxurdu. Bahalı geyimi əski kimi süzükdü. Körpə uçur, bağırır, yıxılırdı. Hər dəfə də qanını anasının əllərinə yaxırdı.
Mən susurdum, anası kin qusurdu. Doğmaq istəmirdim. Qarnıma düşəndən mən onu yumruqlayırdım, indi o məni döyür... Nə qədər pul xərcləyirəm, yenə nadandı, yenə sevmir... Məndən ana olmayacaq, ondan övlad.
***
Qadın analığın həzzini dərk edəndən, bir yanı abortdan yana olub. Qadın yaradan gücünü duyan gündən məhv etməyə meyil edib. Qadın ilə abort əkiz bacıdır.
Hələ bizim eramıza uzun-uzun əsrlər vardı... Misirli qadınlar koş ağac budağı ilə canlarından kal can qopardırdılar. Romanın qladiator yarımanaları yarımçıq yumurtalarını zəhərli otlarla əridərkən bəzən özləri də qanlarına bələnirdi. O vaxtlar nə bətnin küncünə büzüşən, nə də təzəcə dünya adlı qəfəsə düşən körpə adam sayılmazdı. Ana bədəninin (canının yox) bir parçasıydı sadəcə. Olumu da, ölümü də yaradanının ixtiyarındaydı. Ata onu torpaq altda gizlətməsə, körpə dönüb insan olurdı.
İnsan ağlı böyüdükcə, abortlar da cinayətə çevrildi. Hipokrat da, Siseron da içindən can qoparan anaların ruhlarını sürgünlərdə möhürlədi.
Abort sözü ölü latın dilində “zamansız doğuş” deməkdir. Hansımız zamanında doğulub, vaxtında ölürük ki? Doğulsaq da ana torpaq, ata vətən tikəmizi bircə-bircə itə qurda yem etməsə, dincəlmir.
Hər gün özünə bir ölçü biçən yer üzündə hər il 4 milyon insan “zamansız doğulur”. Hər il dayazlaşan Yer kürəsində 130 milyon yarıminsan “zamanlı doğulur”. Ömür boyu tam olmaqçün parça-parça doğranır.
***
Mən susuram, əkiz bacım danışır. Bəzən canındakı canın ömrünü zəhər etməməkçün zamansız insan doğmaq gərəkdir. Qadınlığa gücün çatmayacaqsa, abort olmaq gərəkdir.
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı














.jpg)





















