Köşə
50 il sonra açılan tabut
Leyla Sarabi
Bir damcıdan var olan insanın bətnində başlayır sevgi. Böyüyüb yağış olursan, yağıb çiçək açırsan, ətrin başına dərd salır. Kitab adlı daş tabutun arasında düz 50 il büküm-büküm bükülüb sağlı-sollu solursan.
Qırış əllər bir gün açır tabutunu, sızıldayan dodağının çatlarına ehtiyatla sığal çəkir. Bir zamanlar meh tək yumşaq, indi beton vərəqlərin hər hərfini sərxoş edən öz ətrinin laylasına oyanırsan.
Bir vaxt səni burnuna sürtə-sürtə sevgilisin xatırlayan daraq əlin dişləri laxlayır indi.
Bir vaxt səni anandan qoparıb öz gözəlin sevindirən tikanlı barmaqların məzar altda sümükləri göynəyir.
Bəlkə gecdir, amma yenə eşidərsən səsimi... Tikanlarım barmağını qram-qram bağışladı. Axı yetim qoysan belə sən mənim gül ətrimə aşiq olub gəlmişdin. Sən çox böyük... sən çox nəhəng sevgi üçün əllərini tikanımla öz qanına bələmişdin. Sonra bir gün soldum deyə vicdanının kar səsini gözlərindən yanağına çiləmişdin.
Ağlasan da, ağrımasan da həyat səndən qisas alıb. Sən ölmüsən. Mən solmuşam...Yox sağmışam. Gəncliyimi uğruna qurban verdiyin bir qadının əllərindən oyanmışam.
O ütüsüz barmaqların lap ucuna səni yığıb illər boyu. O sığalda sən də varsan, əminəm.
O, sənin də əvəzinə məndən üzr, sənə hüzur istədi. İndi vərəqləri ləçək kimi qulunc tutan bədənimə örtəcək. Mən də ətrimin qucağında gülə-gülə yatacam.
Sən olmasan, yarpaqları saralmış, cümlələri qocalmış kitab ömrü yaşamazdım bəlkə də...
Sən də orda rahat yat, dedim axı mən səni bağışlamışam.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ















.jpg)
















