Köşə
Sosial hesablarımızda əngəllədiyimiz qohumlarımız
Leyla Sarabi
Yaşlı nəsil valideynlərimin çat vurmuş qəddarlığını unikal tərbiyə xonçasında önümə qoyanda, üsyan etməyim gəlir. Qozbellərin toplumunda qamətimi dikəltməmək üçün hikkəmi çiynimdə gəzdirirəm.
Ömrümüzün yarpaqları da bu doqma ilə solub tökülmürmü?!
Həyatımıza da, qərarlarımıza da qonşuların məşvərəti hökm verir. Yaşanmamış həyatlarımız çiynimizə elə çökür ki, qəbirdə də qıc olub qalırıq.
Bəlkə bu səbəbdəndir ki, inqilabçı qadınları kəpənək kimi qarnımda bəsləyirəm.
*****
Kəpənək Bakı kəndlərinin bəzəyidir. Bakı kəndlərində elə baharın da dadı, ətri öz olur. Çiçəyini soyunub qabığını bərkidən alçaların üstünə Xəzərin duzu hopur. Günəş də dərini anan kimi didməyə başlayır. İstidən buxarlansan da, əynindən soyuna bilmirsən. Hərdən bir də azca xəzri qısqanc bacın kimi gözünə qum üfürüb, ananla arandakı rabitəni pozmağa can atır.
Ən çox da bu havada evin çölünü içinə qatıb yatmağım gəlirdi.
Hələ ev telefonlarının trend vaxtlarıydı.
Hələ ev telefonları qlobal rabitə üsulu sayılırdı.
Smartfonsuz, qacetsiz planet ovcumuzun içi boydaydı. Bir-birimizdən xəbər tutmaq bir içim su şəffaflığındaydı. Bəlkə də simli telefonlar idi bizi evə bağlayan... bizi ev edən... bağlarımızı qopmağa qoymayan.
Bu gün sosial hesablarımızda əngəllədiyimiz qohumlarımızla da hər bayram ana silahı gücünə təbrikləşmək ənənəmiz vardı.
Mübaliğəsiz, o vaxtlar ev telefonu ailənin canlı orqanizmi idi.
Dərsindən qaçıb gizlənməyə çalışdıqca, bir zəngi ilə özümü yöndəmsiz komasına uzanan ensiz dalanda tapırdım.
Anam da bədənimdən süzülən yorğunluğumu onun inadına qurban verirdi.
Darvazasına toxunmağa da peşman olurdum. Yad əli dəyən kimi cırıltısından qulaq batırdı. Elə bil, həyətinə sığal çəkməkdən təbiət də imtina etmişdi. Heç həyatı da istisna deyildi.
Gəl ki, universitet imtahanları yaxınlaşdıqca, rəng dəyişən əhvalım təkcə onun yanında maviyə boyanırdı. Bəlkə də qırışıq enerjisi ilə bəslədiyi tək ruh mən deyildim. Əsas o idi, eqom doyurdu.
*****
Son sinfin astanasında dırnağımı gəmirə-gəmirə Azərbaycan dili, ədəbiyyat fənləri üzrə repetitor axtarışına çıxdım. Ovuc boyda kənddə hamı bir-birinə qohum idi. Hətta sinif yoldaşlarımın şəcərəvari bağını rentgen şüası altında göstərmək imkanım olsaydı, virtual üzüm salxımına bənzəyərdi.
Məktəblə üzbəüz bağlardan birinə yolladılar məni. Təqaüdə çıxıb, ömrünü evinə sığdıran yaşlı qadın varmış. Zamanında kəndin ən çox sevilən müəlliməsiymiş. Artıq ayağı tutmur. Amma zehni yerindədir. Bir əmması var, o evə girməyə hər adamın cəsarəti çatmır. Qorxub geri qaçmayacaqsansa, özünə xəbər verək.
Axşam rəfiqəm evimizə zəng vurdu.
(etiraf edirəm, ev telefonu ritualının enerjisi kainatın canından çoxdan sovrulub)
- Ötən həftə mən də yanına getmişdim. Elə ilk dərs idi, amma dözməyib qaçdım. Bilirsən, onun qardaşı ağıldan kəmdir, üstəlik yataq xəstəsidir. Təsəvvür eləyirsən, evdə ikisindən başqa heç kim yaşamır. Hərdən elə qışqırırdı ki, rəngim solurdu. Hətta həmin gecə yuxuda gördüm ki, yatağından qalxıb, üstümə cumur. Zorlamaq istəyəndə özümü oyanmağa məcbur etdim.
Ertəsi gün dərslərimiz bitən kimi hazırlığa yollandım. Məlumatlı və hürkmüş zehnim hadisələrin gedişatını kənardan izləyirdi.
Səliqəli, bir o qədər də baxımsız, eyni miqdarda da solğun, dalğın və yorğun qarı qarşıladı məni. Nədənsə onu daha şık xəyal etmişdim. Amma önümdəki illər sübut etdi ki, bohem adamların içi bahalı eksponat toplusudur.
Uzun şüşəli dəhlizdən içəri girdik. Təhlükənin evdə məni gözlədiyinə adım qədər əmin idim. Ayağımı otağa basmışdım ki, bağırtıya diksindim.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...