Magazin2
“Eurovision-2024”ün səhnəsi belə olacaq - FOTO
Xəbər verdiyimiz kimi, Avropanın nüfuzlu "Eurovision-2024" beynəlxalq mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.
Publika.az xəbər verir ki, "SVT" yayım şirkəti artıq yarışma üçün səhnə qrafikası və işıqlandırma dizaynının fotolarını yayımlayıb.
Daşınan LED kublar, LED döşəmələr, yüksək təsirli işıqlandırma, video və səhnə texnologiyası birləşərək yarış arenasının özündə möhtəşəm variasiyalar yaradacaq.
Səhnə xaç şəklində məkanın düz ortasında yerləşəcək. Bu isə unikal dizayndan xəbər verir.
Səhnənin rəng sxemi zalın işıqlandırması kimi mavidir, lakin səhnədəki dizayn artıq parlaq çəhrayı işıqlandırmadan hazırlanıb.
Qeyd edək ki, daha əvvəl təşkilatçılar Malmödə keçiriləcək "Eurovision -2024"ün simvollarını da nümayiş etdiriblər. Loqo və ekranın yaradılması üçün dizaynerlər şimal işıqlarını və səs ekvalayzerlərinin ritmlərini birləşdiriblər.
2024-cü ildə İsveçdə keçirilən müsabiqənin yarımfinalları mayın 7-də və 9-da, finalı isə mayın 11-də keçiriləcək. (Bizim.Media)
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ



































