Magazin2
Qalmaqallı menecer saxlanıldı: Hökuməti devirməyə cəhddə ittiham olunur
Türkiyədə bir çox sənətçi və aktyorun meneceri olan Ayşe Barım barəsində açılan istintaq çərçivəsində “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd və ya öz vəzifələrini yerinə yetirməsinə mane olmaq” ittihamı ilə saxlanılıb.
Publika.az xəbər verir ki, İstanbul Prokurorluğu Barım barəsində Taksimdəki "Gəzi Parkı" ilə bağlı hadisələrə qatıldığına dair yazılı və vizual mediada yer alan iddialar əsasında istintaq başladıb. Məlumata görə o, "Gəzi Parkı" hadisələrini planlaşdıranlardan biridir.
A.Barım "Gəzi Parkı" hadisələrinin digər təşkilatçıları olan Osman Kavala, Çiğdem Utku Mater və Mehmet Ali Alabora ilə sıx əlaqədə olub. O, 2013-cü ildə - sözügedən hadisələr başlayan zaman insanları küçələrə çıxmağa təşviq edib. Həmçinin Ayşe Barım həmtəsisçisi olduğu "D İletişim" şirkəti vasitəsilə bir sıra məşhurları hadisələrdə iştirak etməyə yönləndirib.
Hazırda Barımın evində və iş yerində axtarış işləri davam edir. Digər tərəfdən, İstanbul Prokurorluğu onunla bağlı sosial mediada yazılanları da araşdırır.
Aysel Şahmar
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi































.jpg)





