Maraq dünyası
İnsan dəfni ilə bağlı İNANILMAZ TƏKLİF: meyitlər gübrələnəcək
Dünyanın ilk meyit gübrələmə mərkəzi olan “Recompose” gələn ilin yaz aylarında ABŞ-da fəaliyyət göstərəcək.
Publika.az xəbər verir ki, mərkəzin məqsədi cansız bədənləri torpağa çevirərək daha sağlam, davamlı və təbii parçalanmaya nail olmaqdır.
Öldükdən sonra bizə nə olacaq?
Bu, həyatın ən fəlsəfi suallarından biridir. ABŞ-da bu mövzu ilə bağlı bir mərkəzin açılış hazırlıqları başlayıb. “Ölüm sonrası mərkəzi” də deyə biləcəyimiz “Recompose”, insan bədəninə ölüm sonrası üçün yeni bir variant ortaya qoyur. Bu variant “Gübrələmə” üsulu adlanır.
2021-ci ilin yaz aylarında ABŞ-ın “Seattle” şəhərində açılması gözlənilən bu təsis, insan ölümü rituallarını təbiət ilə yenidən bağlayacaq və ənənəvi məzar variantlarına alternativ kimi təqdim olunacaq. Təbiət dostu olan bu üsul, insan qalıqlarını təxminən 30 gün müddətində torpağa çevirəcək və bədənlər ölümdən sonra yeni həyatı bəsləməyə köməkçi olacaq. Buna bir növ “orqanik azaltma" xidməti də demək olar.
2016-cı ildə bir fikir olaraq ortaya çıxan “Recompose”un əsas fəaliyyət istiqaməti gübrələmə nəticəsində əldə edilən torpağı istəyə bağlı olaraq vəfat edənin yaxınlarına vermək və bu torpaqda bitki yetişdirə bilməkdir. İnsan bədəninin yenidən istifadə məqsədiylə gübrələnməsi, basdırma ya da yandırma əməliyyatlarına görə daha təbii, etibarlı və davamlı bir variant kimi təqdim edilib. Bu proses həmçinin karbon tullantıları və ərazi istifadəsində əhəmiyyətli qənaəti təmin edir.
Necə tətbiq olunur mövzusuna gəldikdə, cansız bədənlər içi bitki və odunlarla dolu polad bir tabut üzərinə yerləşdirilir. Bu qisim termofilik bakteriyalar üçün uyğun bir mühit meydana gətirmək üzrə havalandırılır və 30 gün gözlənilir. Nəhayət bədən təbii yollarla gübrəyə çevrilir.
"Recompose"un rəsmi internet saytı qəbiristanlıqla müqayisədə təklif etdikləri üsulun faydaları haqqında bu fikirləri açıqlayıb: "İnsan qalıqlarını torpağa çevirərək tullantıları minimallaşdırırıq və yeraltı suyun mumiyalama mayesi ilə çirklənməsindən qaçırıq. Yandırma, tabut istehsalı, məzar daşı və kəfən istehsalından qaynaqlanan CO2 emissiyasının qarşısını alırıq."

Qeyd edək ki, Vaşinqton qubernatoru Cey İnsli bu ilin may ayında əməliyyatı təsdiqlədikdən sonra Vaşinqton insan gübrələməsini tanıyan ilk şəhər olub. “Seattle Times”a görə, qanun 1 may 2020-ci ildə qüvvəyə minəcək və insan gübrələmə əməliyyatlarına rəsmi olaraq başlanacaq.
Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
