Maraq dünyası
Dünyanın ən pis qoxularını iyləmək üçün NÖVBƏYƏ DURDULAR
Yaponiyanın Yokohama şəhərində keçirilmiş qoxu sərgisində ziyarətçilərin iybilmə duyğusunu yoxlamaq üçün bir-birindən fərqli pis və gözəl qoxular təqdim olunub.
Publika.az xəbər verir ki, bahalı parfümlərin istehsalında istifadə edilən xüsusi bitkilər, fərqli gül növləri və aromalı qəhvə kimi gözəl qoxuların yanında dünyanın ən bərbad qoxuları da ziyarətçilərin maraq obyekti olub.

Yokohamadakı Orbi Tema parkında təşkil edilən sərgini izləmək üçün ziyarətçilər 800 yuan (təxminən 193 manat) ödəyiblər. İştirakçılar qurudulmuş və vaxtı keçmiş balıq konservi, istifadə edilmiş geyim kimi bir çox fərqli qoxunu tək-tək sınayıblar.

Bir iş görüşməsi əsnasında insan bədəninin ifraz etdiyi qoxu olaraq adlandırlan "stress qoxusu", "yaşlı insan qoxusu" və dünyanın ən pis iy verən meyvəsi olaraq göstərilən "Durian" da sərgidə ziyarətçilərin diqqətini çəkib.

Sərginin səlahiyyətli şəxsi Kiyoda iştirakçıların ən yaxşı və ən pis qoxular mövzusunda həmfikir olduğunu bildirib və əlavə edib: "ümumiyyətlə gül qoxusu ən gözəl qoxu olaraq qiymətləndirilib. Ən bərbad qoxu isə “surströmming” balıq konservi seçildi”.
Məhərrəm Əliyev
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)





.jpg)

















.jpg)

.jpg)