Maraq dünyası
Bu telefonla yalnız ölülərlə danışırlar və... - İNANILMAZ/FOTO
İnsanın sevdiyi şəxsləri itirməsi, onlarla vidalaşmaq fürsəti belə tapa bilməməsi ürək dağlayan vəziyyətdir.
Publika.az xəbər verir ki, yaponlar bu ağrılı mənzərəni “Kaze no Denwa” adını verdikləri külək telefonu ilə həll etmək istəyirlər.

İçərisində telefonun olduğu bu köşk, Otsuçi şəhərindəki kiçik bir təpənin üzərində yerləşir. Onun gözlərdən bu qədər uzaqda olmasının səbəbi insanların ağrılarını yaşayarkən tək qalması üçündür.
72 yaşlı İtaru Sasaki layihəni 2011-ci ildə baş verən zəlzələ və sunamidən sonra reallaşdırmağa qərar verib. Həmin fəlakətdə yaxınını itirən Sasaki təklifi ilə bağlı bunları deyib: "Düşüncələrimin, içimdə qalan cümlələrin telefon xətti ilə çatdırılması qeyri-mümkün olduğu üçün onları küləklə göndərmək istədim".

Köşk barədə mətbuatda informasiya getdikdən sonra ora kütləvi axın olub. Dünyasını dəyişən yaxınlarına, sevdiklərinə söyləyəcək sözləri olan minlərlə insan telefonla danışmaqla kifayətlənməyib, oradakı qeyd dəftərinə ürək sözlərini də yazıblar.
Sasaki psixoloji məqam haqda bunları deyib: "Bu telefon heç bir yerə bağlı deyil, insanlar sanki qarşılarında onları dinləyən biri varmış kimi danışırlar. Dünyasını dəyişən yaxınlarımıza söyləyə bilmədiyimiz sözlərin yüküylə yaşamaq çox çətin olduğu üçün bu xətt az da olsa, yüngülləşmək imkanı verir".

Məhərrəm Əliyev
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


