Maraq dünyası
Dünya hansı formadadır? - Yerin düz olduğunu sübut etmək istəsə də...
Son illərdə dünyanın düz formada olduğunu iddia edənlərin sayı artmaqda davam edir. Braziliya bu ideyanı müdafiə edən ölkələr sırasında ön yerdədir.
Publika.az xəbər verir ki, Braziliyanın araşdırma şirkəti Datafolhaya görə, dünyanın düz olduğuna inanan vətəndaşların sayı 11 milyondan çoxdur. Bu isə əhalinin 7%-ni təşkil edir.
Datafolhanın araşdırmasına görə, Yerin düz olduğuna inanan braziliyalıların əksəriyyətini kişilər təşkil edir. Xüsusilə, protestant və katoliklər bu iddianı müdafiə edənlər arasında ön plandadır.

Düz dünya iddiasını müdafiə edənlər Yerin kosmosdan çəkilən fotolarına inanmır və NASA-nı saxtakarlıqda ittiham edirlər.
San-Paulo Universitetinin astronomu Roberto Kosta məsələ ilə bağlı verdiyi açıqlamada bu fikirlərə yer verib: “Yerin 17-ci əsrin əvvəllərindən bu yana düz olmadığını bilirik. Hətta qədim yunanlar 2000 il əvvəl bunu anlayıb. Düz dünya iddiası elm adamlarından daha çox psixoloq və sosioloqların işləyəcəyi mövzu olmalıdır. Dünyanın hansı formada olduğu astronomlar üçün elmi problem deyil”.
Qeyd edək ki, Yerin düz olduğunu sübut etmək üçün özünün istehsal etdiyi raketlə kosmosa getmək cəhdi Mayk Hyuza həyatı bahasına başa gəlmişdi.

Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
