Maraq dünyası
İlin ən yaxşı ağıllı telefonları seçildi - “iPhone” və “Samsung”...
2021-ci ilin ən yaxşı smartfonları məlum olub.
Publika.az xəbər verir ki, Amerikanın “Consumer Reports” jurnalı bu il alınması tövsiyə olunan “Android” və “iOS” əməliyyat sistemli smartfonların reytinqini tərtib edib.
Ən yaxşı “iPhone” kateqoriyasında lider “iPhone 12 Pro Max” olub. Smartfonun sürətli “A14 Bionic” prosessor, OLED ekran və 5G bağlantısı var. Mütəxəssislərə görə “iPhone 12 Pro Max”, “12 Pro”dan 100 dollar baha başa gəlir, amma eyni zamanda, daha uzun batareya ömrü, daha böyük ekran və daha yaxşı kameraya sahibdir. Smartfonun dezavantajı böyük ölçüsü və 226 qram çəkisidir.
“Samsung”da isə “Galaxy Note20 Ultra 5G” “Android” cihazları arasında lider seçilib. Modelin üstünlükləri arasında mütəxəssislər əla batareyanın ömrü, beşqat böyütmə kamerası və ekranı vurğulayıb.
“OnePlus Nord N10 5G” ən yaxşı büdcə cihazı seçilib. Mütəxəssislərin fikrincə, onun yeganə vacib çatışmazlığı “mmWave” dəstəyinin olmamasıdır.
“OnePlus Nord N100” “Consumer Reports” rəyçiləri tərəfindən “ən uzun oynanan” smartfon seçilib, lakin kameraları aşağı qiymət alıb.
“Consumer Reports” ABŞ-ın “Consumers Union” qeyri-kommersiya təşkilatının aylıq dərgisidir. Jurnal 50 laboratoriyasından və tədqiqat mərkəzindən istifadə edərək istifadəçi rəyləri və test nəticələrinə əsasən istehlak məhsulları və xidmətləri üçün şərhlər dərc edir.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)