Maraq dünyası
Özü Nobelə namizəd oldu, sonra ölkəsində qadağan etdi: Adolf Hitler- MARAQLI FAKTLAR
Adolf Hitler 20-ci əsrin ən məşhur, güclü və eyni zamanda, ən qəddar liderlərindən biridir. O, faşizm ideologiyasının yaradıcısı Benito Mussolininin düşüncələri əsasında yaratdığı nasional sosializmin ən mübahisəli liderlərdən birinə çevrildi. Diktaturası dövründə Almaniyanı antisemitizm mərkəzinə çevirən diktator milyonlarla yəhudinin ölümünə səbəb olmuş, alman irqinin ali irq olduğuna inanmış, bütöv bir xalqı şəxsi ambisiyalarının əsiri etmişdir.
Publika.az izləyicilərə Adolf Hitler haqqında bilinməyən məlumatları təqdim edir.
O, 1889-cu il aprelin 20-də Yuxarı Avstriyanın Braunau şəhərində anadan olub. Gömrük işçisi Alois Hitler və anası Klara Pölzldən dünyaya gələn altı uşağın dördüncüsü idi. İbtidai təhsilini Braunauda, orta təhsilini isə Linzdə başa vurmuşdur.
Evdar qadın olan anası Klara Alois Hitlerin üçüncü arvadı və əmisi oğlu idi. Hitler cütlüyünün ilk iki övladı körpəlikdə, Adolfdan sonra doğulan uşaqlar isə 6 yaşında öldülər. Alois Jr. atasının əvvəlki həyat yoldaşından qalmışdı. Onların Angela və Angela adlı iki övladı var idi. Alois Jr. 39 yaşına kimi anasının Şiklqruber soyadını daşıyıb. Bu səbəbdən bəzi mənbələr Hitlerin əsl soyadının Şiklqruber olduğunu bildirirlər. Hitler uşaqlıqda uğurlu tələbə olsa da, sonralar tədricən məktəbdən uzaqlaşdı.
O, 4 yaşında ikən suda boğularkən keşiş tərəfindən xilas edilib.
Adolf gənclik illərində atasının kitabxanasındakı hərbi kitabları oxuyur, müharibələrlə bağlı əldə etdiyi bütün məlumatları diqqətlə araşdırırdı. Özü rəssam olmaq istəsə də, atası onun dövlət qulluqçusu olmasında təkid edirdi. 13 yaşı olanda atası insultdan dünyasını dəyişir və Adolf orta məktəbi tərk edərək uşaq evində məskunlaşır.
Yəhudi düşmənliyinin əsasları isə Vyanada qoyuldu. Hitlerə Lanz von Libenfelsin antisemitizm haqqında yazıları və Karl Leuger və Georg Ritter von Schönerer kimi siyasətçilərin düşüncələri böyük təsir göstərdi. Yəhudiləri Aryan irqinin təbii düşmənləri adlandırmağa başlayan Adolf Avstriyadakı böhranda onları günahlandırdı. Belə fikirlərlə 1912-ci ildə cibindəki son pulla Münhenə gedən Hitler memarlıq və Hyuston Stüart Çemberlenin yazıları ilə maraqlanırdı.
Bir müddət sonra Avstriya ordusu tərəfindən fərari olaraq həbs edilsə də, sağlam olmadığı üçün sərbəst buraxılıb və Münhenə qayıdıb. Lakin birinci Dünya Müharibəsi başlayanda o, könüllü olaraq Bavariya alayında döyüşməyə getdi. Fransa və Belçikada Bavariya Alayında müxbirlik edən Hitler ordu qəzeti üçün karikaturalsar da çəkib. Müharibədəki uğurlarına görə 1914-cü ildə II dərəcəli Dəmir Xaç, 1918-ci ildə I dərəcəli Dəmir Xaç ordeni ilə təltif edilir. 1916-cı ildə ayağından yaralandığı üçün Qazi ordeninə layiq görülür.
Birinci dünya müharibəsi zamanı zəhərli qazın təsirindən müvəqqəti əziyyət çəkdi. Hələ müharibədə olarkən onun həyatını bir ingilis əsgəri xilas etdi.
1918-ci ildə Almaniyanın təslim olmasından çox kədərlənən Hitler qəti şəkildə Versal müqaviləsinin şərtlərinə qarşı çıxdı. 1920-ci ildə ordudan tərxis olunan Hitler və onun rəhbərləri Alman Fəhlə Partiyasında daimi rol almağa başladılar.
1921-ci ildə böyük izdiham qarşısında təsirli çıxışlar edən Hitler müxalifətə görə həmin il partiyadan istefa verdi. Amma sonra üzvlərin tələbi ilə geri qayıtdı. Partiyaya daha güclü şəkildə dönən lider səsvermədə 1 əleyhinə 543 səslə fürer elan edildi və partiyanın adını Milli Sosialist Alman İşçi Partiyası olaraq dəyişdirdi. Onun üzvləri nasist sözü ilə xatırlanırdı.
1924-cü ildə hökuməti devirməyə cəhd edən Hitler uğursuzluğa düçar oldu və aprel ayında "Beer Hall Incident" adlanan hadisəyə görə 5 il həbs cəzasına məhkum edildi. Bu dövrdə məşhur “Mein Kampf” kitabını yazmağa başlayan Fürer təhlükəli olmadığı səbəbindən dekabrın 20-də sərbəst buraxıldı.
1928-ci ildə 12 deputatla parlamentə daxil olan Hitlerin partiyası 1930-cu il seçkilərində 18 faiz səs qazanaraq 107 deputatla çıxıb. 1932-ci il seçkilərində isə 37 faiz səs topladı və prezident Pol fon Hindenburq tərəfindən baş nazir elan edildi.
İzlədiyi siyasətlə Hinderburqa öz partiyasının və millətçilərdən başqa bütün partiyaların yayımlarını dayandıran bir fərman imzalamışdı. 1933-cü il seçkilərinin sonunda səslərin 44 faizini toplayan Hitler ertəsi gün Reyxstaqın bütün səlahiyyətlərini 4 il müddətinə kabinetə verən qanun qəbul etdi. O, həm də qanunvericilik və icra hakimiyyətlərini öz üzərinə götürdü. Kütləni inandıra bilmək qabiliyyətinin hesabına özünü Almaniyanın böyük lideri elan etdi.
İzlədiyi siyasətlə Hinderburqa öz partiyasının və millətçilərdən başqa bütün partiyaların yayımlarını dayandıran bir fərman imzalamışdı. 1933-cü il seçkilərinin sonunda səslərin 44%-ni toplayan Hitler ertəsi gün Reyxstaqın bütün səlahiyyətlərini 4 il müddətinə kabinetə verdiyi qanun qəbul etdi. O, həm də qanunvericilik və icra hakimiyyətlərini öz üzərinə götürdü.
Adolf Hitler 1939-cu ildə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Nobel mükafatını qadağan edən Hitler daha sonra bunun müqabilində Almaniya Milli İncəsənət və Elm Mükafatını verdi.
Vegetarian və heyvansevər Hitler heyvanların kəsilməsini çətinləşdirən qanunlar qəbul etdi.
İkinci dünya müharibəsi nəticəsində pisləşən iqtisadiyyatı düzəldəcəyinə dair ritorikası ilə insanları öz tərəfinə çəkdi. O, verdiyi vədlərə əməl etdiyini yeni iş yerləri və yollar salmaqla göstərdi. Amma yenə müharibəyə hazırlaşırdı. Xalqa alman irqinin üstünlüyü fikrini qəbul etdirən Hitler əvvəlcə yəhudiləri, sonra isə digər azlıqları düşmən kimi göstərdi. Bundan sonra ölkə daxilində qırğın başladı. Milyonlarla yəhudi, eləcə də saf irqə zərər verdiyinə inanılan azlıqlar və əqli qüsurlu insanlar vəhşicəsinə qətlə yetirildi.
Ailədən heç bir ödəniş almayan yəhudi həkim Hitler hakimiyyəti dövründə ona himayədarlıq etmiş və həkimi zadəgan yəhudi elan etmişdi.
Hitlerin ilk dəfə aşiq olduğu Stefani İsak yəhudi idi.
O, əvvəlcə Avstriyanı, sonra Çexoslovakiyanı və Polşanı işğal etdi. Bu hücumlarla Qərbi Avropanı və Rusiyanı özünə düşmən etdi. Geniş cəbhəyə yayılan müharibə Hitlerin Stalin dövründə SSRİ-yə müharibə elan etməsi və Amerikanın da müharibəyə qarışması ilə Almaniyanın sonunu gətirdi.
Walt Disney pərəstişkarı olan Hitler üçün “Ağbəniz və yeddi cırtdan” dünyanın ən gözəl filmlərindən biri idi...
Rahib Ələsgərov
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO