Maraq dünyası
Qadınların cinsi istəyini artıran hallar
Aparılan son araşdırmalardan biri göstərib ki, münasibətlərdə bərabərlik qadınların cinsi istəklərinə yaxşı təsir edir.
Publika.az xəbər verir ki, bu barədə Sietldəki Vaşinqton Universitetinin Psixologiya kafedrasının professoru Nikol MakNikolsun "Psychology Today" jurnalı üçün yazdığı məqalədə deyilir.
Cinsi həvəsin az olması milyonlarla qadın tərəfindən bildirilən problemdir. Məqalədə deyilir ki, qadınların 12-16%-i bunun onlara ciddi narahatlıq yaratdığını bildirir.
Qadınlarda zəif cinsi istək bioloji və psixoloji səbəblər baxımından araşdırılır, lakin “The Journal of Sex Research” jurnalında dərc edilən son araşdırma yeni bir istiqamətə, yəni münasibətlərdə güc dinamikasına işarə edir. Bu fikir, MakNikolsun qeyd etdiyi kimi, sosial mübadilə nəzəriyyəsinə əsaslanır. O təklif edir ki, əgər qərar qəbuletmə, resurslar və əmək bölgüsü paylaşılmırsa, o zaman münasibətlərdə münaqişələr və narazılıqlar yaranır və bu da qadının cinsi əlaqə istəyinə təsir edir.
Psixoloqun fikrincə, 18-39 yaş arası qadınlar arasında aparılan sorğunun nəticələri, bərabər münasibətlərdə olan qadınların qeyri-bərabər münasibətlərdə olan qadınlara nisbətən daha çox münasibətdən məmnunluq və partnyorlarına daha çox seksual cazibə hiss etdikləri fərziyyəsini təsdiqləyib. Qadınlar cinsi əlaqə istəməmələrinin əsas səbəbi kimi, adətən fiziki və zehni yorğunluğu göstərirlər və xroniki stress də buna gətirib çıxarır.
Məqalədə o da vurğulanır ki, ev işlərinin əksəriyyəti üzərinə düşən qadın sonda yorulacaq və inciyəcək. Bu, ona az əhəmiyyət verən bir tərəfdaşla cinsi əlaqəyə olan həvəsi də azaldacaq.
Ayşən
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)