Maraq dünyası
TikTok ABŞ-nin bu ştatını məhkəməyə verəcək
TikTok qısa video tətbiqlərini qadağan edən qanunu qəbul etdikdən sonra ABŞ-nin Montana ştatını məhkəməyə verir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz biznesimizi və Montanadakı yüz minlərlə TikTok istifadəçisini qorumaq üçün Montanada TikTok-a gətirilən qeyri-konstitusiya qadağasına etiraz edirik”, - şirkət məhkəməyə müraciət edərək bildirib.
Daha əvvəl bildirilmişdi ki, bir qrup tiktoker ABŞ-nin Montana ştatında TikTok tətbiqindən istifadəni qadağan edən bu yaxınlarda qəbul edilmiş qanuna etiraz etmək üçün məhkəməyə müraciət edib. İddiaya görə, dövlətin fikir azadlığını qadağan etmək səlahiyyəti yoxdur. Çünki bu, ABŞ Konstitusiyasına uyğun olaraq söz azadlığının pozulmasına yol verməyən Birinci Düzəlişə ziddir.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)