Tarix
“BABİL QALASI”: Bibliya süjetində şifrələnmiş GİZLİ SİMVOLLAR və siyasi satira
Dünya təsviri incəsənətinin bütün əsərləri arasında Ata Piter Breygelin "Babil qalası” əsəri xüsusi yer tutur.
Rəssamın məşhur Bibliya mövzusundakı əsərində siyasi satira, antikatolik mövqe və s. bu kimi çoxsaylı əlamətlər şifrlənib.
Publika.az bildirir ki, Məşhur əsərini Ata Piter Breygel 1563-cü ildə yaratdı. Onun həmin mövzuda ölçü baxımdan birincidən kifayət qədər kiçik və nisbətən tutqun çalarlardan ibarət olsa da, ən azından daha bir əsər yaratdığı da məlumdur.

Babil qalası. Rəssam Ata Piter Breygel. Kiçildilmiş variantı.
Əsərin əsasını müxtəlif dillərin və xalqların yaranmasına dair Bibliya süjeti təşkil edir. Əfsanəyə görə, Böyük Daşqından sonra Nuhun nəsli Sennar adlı torpaqda yerləşir. Lakin rahatlıq tapmayan insanlar yerdən səmaya – Allahın dərgahına qədər ucalacaq bir qala inşa etmək qərarına gəlir. Uca Yaradan insanların özünü Ona tay tutmalarının əleyhinə olduğu üçün, onları müxtəlif dillərdə danışmaq məcburiyyətində qoyur. Nəticədə, insanların bir-birini anlamadığı üçün, Babil qalasınn tikintisi dayandırılır.

Babil qalası. Rəssam Ata Piter Breygel, 1563-cü il.
Əsərdə çoxlu sayda xırda detallar qeyd olunub. Məsələn, sol tərəfdəki aşağı küncə diqqətlə baxdıqda, orada kiçik qrup insan görmək olar. Bu, Nimrod çarla məiyyətinin yaxınlaşması, qalanlarının isə üzüqoylu düşməsinin təsviridir. Rəvayətə görə, Babil qalasının qurulmasına başçılıq edən məhz Nimrod çar olub.

Babil qalası. Fraqment.

Babil qalası. Fraqment.
Tədqiqatçıların fikrincə, Nimrod çar Qabsburqdan olan zülmkar kral V Karlın təcəssümüdür. Bu sülalənin nümayəndələri Avstriya, Çexiya, Almaniya, İtaliya, İspaniya və s. ölkələrin hökmdarları olublar. V Karl tacdan imtina etdikdən sonra isə bütün imperiya tədricən dağılmağa başladı.
Qala ilə də həmin vəziyyət baş verib. Rəssamın özü dəfələrlə diqqəti asimmetrik şəkildə əyilmiş Babil qalasının məntiqlə inşa ediləcəyi və səhvlərə yol verilməyəcəyi təqdirdə, binanın dağılmayacağını və inşaatın başa çatacağına yönəldib.

Ata Piter Breygelin portreti. Rəssam Dominik Lampsoni, 1572-ci il.

Babil qalası. Fraqment.
Maraqlıdır ki, rəsmdəki sahillər Mesopotamiyanı deyil, daha çox rəssam üçün doğma olan Hollandiyanı xatırladır. Antverpenin sürətli urbanizasiyası katoliklər, protestantlar, lüteanlar və s. bu kimi müxtəlif dini inancı olan insanların şəhərə doluşmasına gətirib çıxardı. Artıq onları birləşdirən vahid bir din yox idi. Bir çox sənətşünaslar bu yanaşmanı artıq hər şeyə nəzarət etmək qabiliyyətində olmayan katolik kilsənin masqaraya qoyulması kimi izah edir. Faktiki olaraq, bütün şəhərlər, sözün əsl mənasında, bir-birindən qırılmış "Babil qalalarına" çevrilmişdi.
Zaur H.
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto








.jpg)





























