Tarix
5000 illik elit qadın məzarı tapıldı - VİDEO
Peru sahillərində arxeoloqlar qədim Karal sivilizasiyasının yuxarı təbəqələrinə aid ola biləcək 5000 yaşlı qadının qalıqlarını aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Bu, mühüm dəfndir, çünki yüksək statuslu qadına uyğun elementləri ehtiva edir", - deyə Arxeoloq David Palomino bildirib.
Mütəxəssis cəsədin necə sarıldığını, dərisinin, saçının və dırnaqlarının qorunmasına diqqət çəkib. 20-35 yaşları arasında dünyasını dəyişən qadının cəsədi Amazon tutuquşularına aid ola biləcək göy və qəhvəyi rəngli lələklərdən ibarət xalatla örtülmüş vəziyyətdə tapılıb. Üstəlik, məzarın ətrafı qurban səbətləri, vazalar, balqabaqlar və tukan dimdiyi ilə əhatə olunub.
Perunun paytaxtı Limadan təxminən 180 kilometr məsafədə yerləşən Karal Cənubi Amerikanın ən qədim şəhəri hesab olunur. Qədim Misir, Çin və Şumer sivilizasiyaları ilə eyni vaxtda mövcud olub.
Bundan əvvəl alimlər qədim finikiyalıların və karfagenlilərin DNT-si üzərində geniş miqyaslı tədqiqat aparıb. Araşdırma onların mədəniyyətinin yayılması ilə bağlı bəzi təəccüblü faktları üzə çıxarıb. Məlum olub ki, finikiyalıların məşhur ekspansiyası kütləvi köçlər vasitəsilə deyil, mədəni mübadilə və digər tayfaların assimilyasiyası yolu ilə baş verib.
Adəm
-
Magazin203:43Dua Lipa stationda kürəyiaçıq libasda poza verdi - FOTO
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək








.jpg)











.png)

















