MDB
Krımı Rusiyaya ABŞ verdi – SENSASİON İDDİA
Rusiyanın Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet yarımadanın “qayıdışı” üçün ABŞ-a təşəkkür edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, rusiyalı deputatın sözlərinə görə, 2014-cü ilin əvvəlində ABŞ-ın Ukraynadakı “planlaşdırdığı” dövlət çevrilişi yarımadanın Rusiyaya birləşdirilməsi prosesini gözəçarpacaq dərəcədə sürətləndirdi.
“Amerikalılar tərəfindən koordinasiya edilən dövlət çevrilişi Krımın tarixi vətəninə - Rusiyaya qayıdışı üçün başlanğıc nöqtəsi oldu. Təəssüf ki, çevriliş Ukrayna xalqına vətəndaş müharibəsi və yoxsullaşma şəklində bir sıra bədbəxtlikləri gətirdi”, - agentlik Şeremetdən sitat gətirib.
Deputat qeyd edib ki, Ukrayna çevriliş olmasaydı da, Krım onsuz da yenidən Rusiyanın olardı, ancaq buna daha çox vaxt və səylər gedərdi:
“Krım hər halda Rusiyaya qayıdardı. Ola bilər bunun üçün onlarla il keçərdi”, - Dövlət Dumasının üzvü söyləyib.
Ömər
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


