MDB
Putindən qorxudan sözlər: "DÜNYA SARSILACAQ"
Rusiya prezidenti Vladimir Putin 1895 yerli və xarici jurnalistin iştirak etdiyi ənənəvi mətbuat konfransını keçirib.
Publika.az xəbər verir ki, Putin iqtisadiyyatdan daxili siyasətə, beynəlxalq məsələlərdən sosial problemlərə qədər bir çox mövzuda verilən sualları cavablandırıb.
İqlim dəyişikliyi
“BMT-nin hesabatına görə, atmosferə ən çox zərərli qaz buraxan ölkələrin başında ABŞ gəlir. Onu Çin və Aİ izləyir. Rusiya isə 4-cü sırada yer alır. Kimsə iqlim dəyişikliyinin səbəblərini tam olaraq bilmir. İnsanlığın iqlim üzərindəki təsirini tam olaraq hesablamaq mümkün deyil. Təbii ki, bu, iqlim dəyişikliyi ilə mübarizədə heç bir şey edilməyəcəyi anlamına gəlmir. Rusiya iqlimin ani biçimdə dəyişməməsi üçün əlindən gələni ortaya qoymalıdır”.
"NEW START" (Strateji Silahların Azaldılması Yeni Sözləşməsi) müqaviləsi
“ABŞ ilə yeni bir silahlara nəzarət müqaviləsi imzalamağa hazırıq. ABŞ razılaşma mövzusunda Rusiyanın təkliflərinə cavab verməyib. Bir razılaşma olmazsa, heç bir şey silahlanma yarışını dayandıra bilməz və qlobal təhlükəsizlik sarsılar. Razılaşma yenilənməsə, 2021-ci ildə başa çatacaq”.
İmpiçment
“Trampın vəzifəsindən kənarlaşdırılması uzaq ehtimaldır. Qərarın Senatdan keçməyəcəyini düşünürəm. Demokratların Trampa qarşı qaldırdığı iddialar isə uydurmadır”.
Zümrüd
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)














.jpg)



.jpg)

