• USD 1,7000 0,00% EUR 2,0681 0,00%
    • GBP 2,3774 0,00% RUB 0,0230 0,00%

Prezident koronavirusa qarşı zəhər içməyə çağırdı, “Facebook” onun postunu sildi

  • MDB
  • 20 Aprel 2021 11:48
  • 796 Baxış
Prezident koronavirusa qarşı zəhər içməyə çağırdı, “Facebook” onun postunu sildi

“Facebook” Qırğızıstan prezidenti Sadır Japarovun COVID-19-un müalicəsi üçün zəhərli bitki kökünü məsləhət görən ziddiyyətli postunu platformadan silib. Şirkət bu postu “dezinformasiya” adlandırıb. Japarov sözü gedən postunda yazırdı ki, onun ölkəsi COVID-19-un müalicəsi üçün “effektiv” metod tapıb. Aprelin 15-də dərc olunmuş posta video da əlavə edilmiş.

Bu videoda qoruyucu geyimdə olmayan adamların kəpənəkçiçəyi bitkisinin kökündən alınan cövhəri şüşə butulkalara yığdığı görünürdü.Videoda xəbərdarlıq edilirdi ki, kəpənəkçiçəyi kökünün ekstraktını soyuq havada içmək ölümlə nəticələnə bilər. Post az sonra Facebook tərəfindən silinib.

Aprelin 19-da Facebook şirkətinin sözçüsü Japarovun postunun silindiyini "Azadlıq" radiosuna təsdiqləyib:“Biz bu postu silmişik, beləki seçkili rəsmilər də daxil heç kimin insanlara fiziki ziyan vura biləcək xəbərləri və COVID-19-un müalicəsi və qarşısının alınması barədə saxta iddiaları yaymasına yol vermirik”.

Aprelin 16-da Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenailyev mətbuat konfransında demişdi ki, kəpənəkçiçəyi kökünün ekstraktı koronavirusa yoluxmuş 300-dək pasientə verilib. Nazir jurnalistlərin qarşısında hətta içərisində həmin cövhərdən olduğu iddia edilən fincandan bir-iki qurtum içib və deyib ki, bu maddə heç kimin həyatı üçün təhlükəli deyil.

Dünya Səhiyyə Təşkilatının (DST) Qırğızıstandakı missiyası bu ideyanı kəskin pisləyib və bildirib ki, kəpənəkçiçəyi kökünün koronavirus da daxil hər hansı xəstəliklərin müalicəsi üçün təhlükəsiz olduğu sübut olunmayıb. AzadlıqRadiosuna danışan bir neçə həkim bildirib ki, bu kökdən COVID-19-un müalicəsi üçün istifadə edilməsi Qırğızıstanın ictimai təhlükəsizlik qanununa ziddir.

Kəpənəkçiçəyi Çinin şimal-qərbindəki Sintzyanda, habelə Qırğızıstan və Qazaxıstanın bir sıra regionlarında yayılıb.Bəzi adamlar bu bitkinin kökündən xörəklərin hazırlanmasında istifadə edir, onun müalicəvi əhəmiyyətə malik olmasını düşünürlər.Lakin latınca adı Aconitum olan bu bitkinin köklərində akonitin, kardiotoksin və nevrotoksin kimi alkaloidlər var. Ekspertlər deyirlər ki, bu bitkinin kökünün istehlakı xəstəliyə və hətta ölümə səbəb ola bilər.

Prezident Japarov isə özünün dediyi kimi, bu “dərmanın faydalarını” həbsxanada olarkən öyrənib.

Koronavirusla bağlı Mərkəzi Asiyanın başqa liderləri də vaxtaşırı xalq təbabəti və ya “türkəçarə” müalicə üsulları barədə məsləhətlər veriblər.

Tacikistan prezidenti Emomali Rahmon ötən ilin mayında demişdi ki, koronavirusla mübarizə üçün şəfalı bitkilərdən dərman hazırlanmasına başlanacaq. O hansı bitkiləri nəzərdə tutduğunu açıqlamamışdı.Qonşu Türkmənistanda koronavirusun mövcudluğunu inkar edən prezident Qurbanqulı Berdımuxammedov evlərin, məktəb və müəssislələrin üzərlik tüstüsünə verilməsini əmr etmişdi. (virtualaz.org)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
[X]
1xBet