MDB
Bu şəxslərə torpaq satışı qadağan edildi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev kənd təsərrüfatı mənşəli torpaqların xarici vətəndaşlara satılması və icarəyə verilməsini qadağan edən qanun lahiyəsini təsdiqləyib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, kəndli torpaqlarının xaricilər tərəfindən alınması və icarəyə götürülməsi rəsmən qadağan edilib.
Həmçinin yeni qanuna görə, bundan sonra kənd təsərrüfatı torpaqları xaricilərə, xarici səhmləri olan yerli şirkətlərə, beynəlxalq tədqiqat mərkəzlərinə, habelə vətənlərinə qayıdan, lakin hələ də vətəndaşlıqlarını almayan etnik qazaxlara satılmayacaq və icarəyə verilməyəcək.
Bundan əlavə, hazırda ərazidən istifadə edən xarici vətəndaşların və şirkətlərin icarə şərtləri uzadılmayacaq.
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin yayımladığı son hesabata görə, hazırda ölkədə 93 min hektar ərazi xarici vətəndaşlar tərəfindən icarəyə götürülüb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)





















.jpg)

.jpg)