MDB
Özbəkistan TÜRKPA-ya daxil olmağı qərara aldı
Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olmağı qərara alıb.
Publika.az xəbər verir ki, bu barədə Özbəkistan parlamenti Senatı sədrinin birinci müavini Sadıq Səfayev Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçmanın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edərkən məlumat verib. Nümayəndə heyətinə Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları da daxil olub.
Tərəflər Özbəkistanla Türk Şurasının üzvü olan dövlətlər, həmçinin Özbəkistan parlamenti ilə TÜRKPA arasında ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.
Sadıq Səfayev deyib ki, Özbəkistan Türk Şurası ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir. Özbəkistan parlamenti də TÜRKPA ilə əlaqələrin inkişafında maraqlıdır. İsmet Uçma bildirib ki, Özbəkistan Türk dünyasında xüsusi yer tutur. TÜRKPA Özbəkistanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi əzmindədir.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)