MDB
Rusiya 5 ölkə ilə uçuşları bərpa edir
Oktyabrın 5-dən etibarən Rusiya daha beş ölkə ilə aviaəlaqələrini bərpa edəcək.
Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasına yeni koronavirus infeksiyasının idxalının və yayılmasının qarşısının alınması üzrə qərargah məlumat yayıb.
Bildirilir ki, bu ölkələr siyahısına Danimarka, Cibuti, Yeni Zelandiya, Peru və Cənubi Afrika daxil edilib.
Qərargahın məlumatına əsasən, Moskva-Cibuti marşrutu üzrə Cibutidən uçuşların həftədə iki uçuş tezliyi ilə həyata keçiriləcəyi deyilir.
Həmçinin təyyarələr Sankt -Peterburq - Kopenhagen marşrutu ilə həftədə iki dəfə Danimarkaya uçacaq.
"Moskva - Vellinqton marşrutu ilə həftədə iki uçuş; Moskva - Lima həftədə iki uçuş; Moskva - Keyptaun və Moskva - Yohannesburq marşrutu ilə həftədə iki uçuş həyata keçiriləcək", - qərargahdan bildiriblər.
Bundan əlavə, Bəhreyn, Hindistan, BƏƏ və digər ölkələrə də uçuşların sayı artır. Moskva-Manama marşrutu həftədə üç uçuş; Moskva ilə Dehli marşrutu üzrə həftədə dörd uçuş; Moskva - Dubay marşrutlarında həftədə 10-a qədər, Moskva - Abu Dabi həftədə 5-ə qədər, Jukovski - Dubay həftədə iki dəfə.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)