MDB
Rusiyada COVID-ə yoluxma bir həftədə 48,9 faiz artdı
Son bir həftə ərzində Rusiyada koronavirusa yoluxma halları 48,9% artıb.
Publika.az xəbər verir ki, Operativ Qərargahın məlumatına görə, artımlar 70 regionda qeydə alınıb, onlardan 15-də xəstələnmə ölkə üzrə orta göstəricidən çoxdur.
Eyni zamanda, hər 100 min nəfərə düşən xəstəxanaya yerləşdirilənlərin sayı 5,3% azalıb. Xəstəxanaya yerləşdirilənlərin sayında artım 29 regionda aşkar edilib.
Rusiyada son sutka ərzində 6571 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu, əvvəlki gündən (7523) 12,6% azdır. Gündəlik xəstəxanaya yerləşdirilənlərin sayı əvvəlki rəqəmdən (757) iki nəfər çox olmaqla 759 nəfər olub.
Rusiyada gün ərzində 34 nəfər ölüb ki, bu da dünənlə müqayisədə 3 nəfər azdır (37). Ölənlərin əksəriyyəti Sankt-Peterburq (8) və Moskvada (7) olub. Ölənlərin ümumi sayı 382 189 nəfərə çatıb. Sutka ərzində 4 234 nəfər sağalıb, ümumilikdə 17 942 908 nəfər sağalıb.
İyulun 1-dən Rusiya koronavirusa görə tətbiq etdiyi bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu ay ölkədə omikron ştammının yeni, daha yoluxucu subvariantı olan “kentavr”a ilk yoluxma halları müəyyən edilib. “Roszdravnadzor” regionlarda peyvəndin bərpasını tövsiyə edib.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)





















.jpg)

.jpg)