MDB
Odessa limanına raket hücumu və ...buğdanın qiyməti qalxdı
İyulun 25-də buğdanın qiyməti kəskin artıb. Buna səbəb Rusiya ordusunun Odessadakı dəniz limanına raket zərbəsi endirməsi olub. Bu isə bir gün əvvəl əldə edilmiş “Taxıl razılaşması”nın həyata keçirilməsinin mümkünlüyünə şübhələr yaradıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Çikaqo Ticarət Birjasında buğda fyuçersləri bu gün demək olar ki, 4% bahalaşaraq 1 buşel üçün 7,86 dollara çatıb, cümə günü sövdələşmə elan edildikdən sonra qiymətlər təxminən 6% ucuzlaşdığı üçün itirdiyi yerini bərpa edib.
Ukrayna ixracının bərpası təkcə təhlükəsiz daşıma kanalları deyil, həm də təhlükəsiz limanlar tələb edir. Jurnalistlər avropalı taxıl alıcılarından birinə istinadla bildirirlər ki, “ruslar nəqliyyat müqaviləsinin mürəkkəbi qurumamış limanların təhlükəsizliyinə şübhələr yaradıblar”.
Başqa bir alıcı isə deyib ki, minaların təmizlənməsinin nə qədər vaxt aparacağı ilə bağlı qeyri-müəyyənlikdən başqa, gəmi sahibləri yük tarifindən asılı olmayaraq, gəmilərinin raketlə vurulacağından qorxduqları üçün Ukraynaya getməyəcəklər.
Murad
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)