MDB
ABŞ İrəvandakı səfirini Moskvaya göndərir – Linn Treysi haqda nələr məlumdur?
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ABŞ-ın Moskvadakı diplomatik missiyasına rəhbərlik edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” öz mənbələrinə istinadən yazır.
Qəzet qeyd edir ki, 2019-cu ildən ABŞ-ın Ermənistandakı səfiri olan Treysi artıq Moskvada işləyib, 2014-2017-ci illərdə Amerikanın Rusiyadakı missiyasının rəhbərinin müavini olub.
Bundan əvvəl Amerika KİV-ləri Rusiya ilə qarşıdurma fonunda ABŞ Senatının Moskvadakı diplomatik missiyanın yeni rəhbərinin təsdiqi prosedurunu gecikdirə biləcəyini yazmışdı.
Linn Treysi ABŞ-ın Barberton şəhərində anadan olub. 1986-cı ildə Corciya Universitetində Sovet İttifaqı tədqiqatları üzrə bakalavr dərəcəsini və 1994-cü ildə Akron Universitetində hüquqşünas diplomu alıb. 1987-1990-cı illərdə Moskvada yaşayıb, rus dilini bilir.
1994-cü ildən Dövlət Departamentində diplomatik xidmətdədir. 1995-1997-ci illərdə Pakistan və Qazaxıstanda işləyib. 1997-2000-ci illərdə Qırğızıstanda xidmətdə olub. 2000-2001-ci illərdə o, yeni müstəqil dövlətlər üzrə xüsusi nümayəndəlik aparatında çalışıb. 2001-2002-ci illərdə Gürcüstan üzrə referent vəzifəsində işləyib. 2004-2006-cı illərdə Qazaxıstanda diplomatik nümayəndəlikdə çalışıb. 2006-2009-cu illərdə ABŞ-ın Pakistandakı konsulluğunun rəhbəri olub, bu ezamiyyətin nəticələrinə görə o vaxtkı dövlət katibi Hillari Klintonun adından “Qəhrəmanlığa görə” mükafatı alıb. 2008-ci il avqustun 26-da onun həyatına qəsd edilib.
2010-2011-ci illərdə ABŞ-ın Türkmənistandakı səfirinin müavini olub. 2012-2014-cü illərdə o, Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə Bürosunda dövlət katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini vəzifəsində çalışıb. 2019-cu il fevralın 19-dan ABŞ-ın Ermənistandakı səfiridir.
Səxavət Həmid
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


