MDB
Lukaşenkodan Merkelə CAVAB: “Kobud davrandı, trenddə olmaq istəyir”
“2014-cü il Minsk razılaşmasının Ukraynaya vaxt vermək cəhdi olduğunu deyən Almaniyanın keçmiş kansleri Angela Merkel dayaz və kobud hərəkət etdi”.
Publika.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya 24” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişi üçün jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən bildirib.
“Mən bunu gözləmirdim və Rusiya prezidenti də Angela Merkeldən belə bir hücum gözləmədiyini söylədi. O, kobud davrandı, trenddə olmaq istəyir”, - Lukaşenko bildirib.
O əlavə edib ki, Minsk razılaşmaları imzalanarkən Merkel və o vaxt Ukraynanın rəhbəri postunu tutan Petro Poroşenkonun niyyətləri ciddi olub.
Bundan əvvəl Merkel Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində Minsk razılaşmalarının Ukraynaya “qiymətli zaman” və güclənmək imkanı vermək üçün bağlandığını bildirib. Eks-kanslerin sözlərinə görə, bu razılaşmaların bütün iştirakçılarına aydın idi ki, Ukraynanın şərqindəki silahlı münaqişə hələ də həll olunmayıb.
Akqabay
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)