MDB
Kiyev Milad atəşkəsini dəstəkləmədi: "Bizə heç bir aidiyyatı yoxdur"
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksey Danilovun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın təklif etdiyi atəşkəs rejimini dəstəkləmək niyyətində deyil. Aleksey Danilov bildirib ki, Rusiya tərəfi ilə hər hansı danışıqlar prosesini rədd edirlər.
Publika.az xəbər verir ki, Bu barədə TASS Kanal 24-ün yayımına istinadən xəbər verir.
“Onlarla nə atəşkəs, nə də hər hansı bir tarixlə bağlı danışıqlar aparılmır, bunun bizə heç bir aidiyyatı yoxdur”, – Danilov bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Milad bayramı ilə əlaqədar olaraq Rusiyanın müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
Kreml həmçinin Ukrayna tərəfini atəşkəs elan etməyə və vətəndaşlara Milad mərasimlərində iştirak etmək imkanı verməyə çağırıb. Səbəb kimi, pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaş hərbi əməliyyatların aparıldığı ərazilərdə yaşaması göstərilib.
Aytən Məftun
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)