MDB
Ukraynada hərbi vəziyyət ləğv ediləcək, seçki keçiriləcək? - Zelenskinin ofisi açıqladı
Müvəqqəti atəşkəs əldə olunarsa, Ukrayna hakimiyyəti hərbi vəziyyəti ləğv etməyəcək və prezident seçkiləri keçirməyəcək.
Publika.az xəbər verir ki, bunu İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixailo Podolyak bəyan edib.
"30 günlük atəşkəs müharibənin sonu deyil. Vəziyyət gözlənilməz olacaq. Hərbi vəziyyətin ləğvi və ölkənin müdafiəsi üçün tədbirlər belə qısa müddət ərzində mümkün deyil. Vəziyyət həll olunana qədər döyüş hazırlığını qorumalıyıq", - deyə müşavir bildirib.
Onun sözlərinə görə, atəşkəsin təmin edilməsi üçün danışıqlar, eləcə də pozuntuları aşkar edə və tərəflərin ayrılmasını təmin edə bilən təsdiqlənmiş müşahidəçilər tələb olunacaq.
"Qeyri-sabit vəziyyətdə seçki məntəqələrinin təhlükəsizliyinə və seçki kampaniyasının aparılmasına təminat vermək mümkün deyil. Otuz günlük atəşkəs seçkilərin təşkili üçün əsas ola bilməz. Əgər neytral müşahidəçilərin zəmanəti ilə danışıqlar stabil atəşkəslə başlasa, o zaman mümkün olacaq", - Podolyak bildirib.
Adəm
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır


































.jpg)

.jpg)
