MDB
Zelenskayanın başı dərddə: Layihəsindəki 2 azyaşlı qız Türkiyədən hamilə qayıtdı
Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü ilə həyata keçirilən "Ukraynalı yetim uşaqların Türkiyəyə təxliyəsi proqramı"na qatılan iki qızın hamilə qalması mübahisələrə səbəb olub.
Publika.az xəbər verir ki, bununla bağlı təfərrüatları "NV.ua" açıqlayıb.
Bildirilir ki, Ukraynada müharibə başlayandan sonra kimsəsiz uşaqlar xaricdəki internat məktəblərindən Türkiyəyə daşınıb. Sakinlərdən biri deyir ki, əvvəlcə uşaqlara lazım olan hər şeyi alıblar, amma sonradan fondun nümayəndələri pulun az olduğunu və layihənin bağlanacağını bildiriblər.
Layihə təxminən on milyon dollara başa gəlib. Daha çox vəsait toplamaq üçün fond uşaqları işə götürməyə başlayıb. Yetkinlik yaşına çatmayanlar böyüklər üçün rəqs etməyə və mahnı oxumağa məcbur olduqlarını bildiriblər. Əgər imtina etsələr, telefonlarını müsadirə etməklə və yeməklərini məhdudlaşdırmaqla cəzalandırılırdılar. İnsan Hüquqları Müvəkkili Aparatı ukraynalı yetim uşaqların vəziyyəti ilə tanış olmaq üçün Türkiyəyə səfər edərkən, uşaq hüquqlarının pozulması, o cümlədən psixoloji və cinsi zorakılıq halları üzə çıxıb. Üstəlik, iki azyaşlı uşağın hamilə olması xəbəri böyük səs-küyə səbəb olub.
Qeyd olunur ki, 15 və 17 yaşlı iki qız oteldə işləyən yetkin əcnəbilərdən hamilə qalıb. "Krivı Roq" uşaq evinin qızlarından biri 15 yaşlı Nastya otelin aşpazı 23 yaşlı Mami adlı türk oğlanla tanış olub. Başqa otelə köçsələr də görüşməyi davam etdirib.
"Bəzən müəllimlər heç nə demirdilər. Onu içəri buraxırdılar", - Nastyanın internatdakı sinif yoldaşı deyib. O zaman 16 yaşında olan başqa bir qız İlona otelin aşpazı 21 yaşlı Salehlə görüşürmüş. Müəllimlər də onun yaşlı türk kişisi ilə münasibətini bilirdilər və hətta bəzən birlikdə vaxt keçirmələrinə kömək edirdilər.
Qızların hamilə olduğu bəlli olduqdan sonra onları peşə məktəbinə oxumaq üçün Ukraynaya göndəriblər.
Layihə insan hüquqları üzrə ombudsmanın səfərindən 7 ay sonra bağlanıb.
Adəm
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































