Mətbəx
Tahir Əmiraslanov: “Çörəyimizi əlimizdən almaq istəyirlər” – FOTOLAR
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin, Yunus Əmrə İnstitutunun, Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı, eləcə də “Qoç Ət” restoranının dəstəyi ilə “Lavaş türkün ortaq mirasıdır” mövzusunda layihəyə start verilib.
Publika.az xəbər verir ki, layihə çərçivəsində mətbuat konfransı keçirilib.Konfransda çıxış edən Yunus Əmrə İnstitutunun professoru İbrahim Yıldırım bildirib ki, bu layihənin keçirilməsində əsas məqsəd bölgənin əsas yeməyi olan lavaşın bizim ortaq mirasımız olduğuna diqqət yönəltməkdir: “İnşallah 2016-cı ildə keçirilən UNESCO konfransında lavaşın türk çörəyi kimi təsdiqlənəciyinə inanırıq”.
Mətbuat konfransında iştirak edən Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov bildirib ki, lavaşın Ermənistan tərəfindən mənimsənilməsinə imkan verilməyəcək:
“Ermənilər lavaşın özlərinin milli çörəyi olduğunu iddia edirlər. Lakin 1636-cı ildən 1906-cı ilə qədər çıxan erməni dilinin izahlı lüğətlərinin heç birində lavaş sözünün mənasına rast gəlinmir. Erməni alimi, türkoloq, akademik Sevartiyan da öz lüğətində bildirib ki, lavaş onların milli mətbəxinə türklərdən keçib.
Lavaş Türkün qədim çörəyidir. Ta qədimdən lavaş buğda unundan hazırlanır, sonra oxlovda çox nazik yayılaraq oval formaya gətirilir, təndirdə və ya sacda bişirilirdi”.
Tahir Əmiraslanovun sözlərinə görə, lavaşın 6 min ildən çox yaşı var. Lavaş sözünün mənşəyi iki hissədən ibarətdir: “lav” və ya “lay”, “qat deməkdir. “Aş” isə bütün türk dillərində qida mənasını verir. Beləliklə də lavaş qat-qat qida anlamını verir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə uzun müddət saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı, o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı yaşayan çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. İçərisi doldurulmuş lavaş isə dürmək adlanır.
Hətta Mahmud Kaşğarinin məşhur “Divanu Lüğəti-t-Türk” əsərində, Yusif Balasaqunlunun “Qutatqu-bilik” kitabında, həmçinin Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin əsərlərində də lavaşın adı keçir.
Lavaşla bağlı folklorumuzda da bir neçə deyimlərə rast gəlinir. Məsələn, “Pendir lavaş, ye yavaş-yavaş”, yaxud da “Gəldi lavaş, bitdi savaş” və sair.
Hesab edirəm ki, biz heç kimin haqqını, çörəyini əlindən almırıq. Bizim çörəyimizi əlimizdən almaq istəyirlər. Təbii ki, biz də haqımızı heç kimə yedirtmərik”.
Tədbir çərçivəsində “Nizami” metrosunun çıxışında insanlara lavaşa həsr edilmiş broşürlər paylanılıb. Mətbuat konfransında iştirak edən media mənsublarına lavaşda dönər ikram olunub.
Qeyd edək ki, bir ay davam edəcək layihə çərçivəsində Bakıda şəhərdaxili xidmət göstərən avtobuslar lavaşın təbliğinə dair məlumatlarla təchiz olunacaq.
Xatırladaq ki, 2014-cü il noyabrın 26-da Ermənistan tərəfindən lavaş UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına “erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfinin etirazları nəticəsində bunun qarşısı alınıb.
UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq, faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib.
Aytən
Fotolar: Rəşad Abbasov
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
























.png)














