Yaxın Şərq
BMT 2 il əvvəlki partlayışla bağlı bəyanat yaydı
Birləşmiş Millətlər Təşkilatı (BMT) iki il əvvəl Livanın paytaxtı Beyrut limanında baş verən böyük partlayışla bağlı beynəlxalq istintaqın aparılmasının vacibliyini vurğulayıb.
Publika.az xəbər verir ki, BMT ekspertlərinin verdiyi yazılı açıqlamada bu hadisənin ən böyük qeyri-nüvə partlayışlarından biri olduğu bildirilib.
‘‘Partlayışın niyə baş verdiyini öyrənmək üçün indiyədək heç bir iş görülməyib. Partlayışın ikinci ilində Livan xalqı әdalәtin tәmin edilmәsini gözlәmәyә davam edir. Livanın paytaxtı Beyrut limanında baş verən partlayışla bağlı beynəlxalq istintaqın aparılması ilә әlaqәdar çağırış edirik’’,-deyә bәyanatda vurğulanıb.
Partlayışdan sonra BMT-nin Livan hökumətini hadisəni araşdırmağa çağırdığı, lakin prosesin bir neçə dəfə əngəlləndiyi bildirilib.
“Qurbanların yaxınları Livan hakimiyyətinin çoxtərəfli sistemlə apardığı təhqiqat vasitəsilə verə bilmədiyi cavabları almaq ümidi ilə İnsan Hüquqları Şurasının himayəsi altında müstəqil araşdırmanın aparılması üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər",-deyә bәyanatda vurğulanıb.
Bəyanatda BMT İnsan Haqları Şurasından bu çağırışları nəzərə alması və lazımi addımları atması tələb edilib.
2020-ci ilin 4 avqust tarixindә Beyrut Limanında partlayıcı maddələrin olduğu anbarda baş verәn yanğın güclü partlayışa sәbәb olub.
Partlayış nəticəsində 200-ə yaxın adamın öldüyü, 6 mindən çox insanın yaralandığı, 300 min adamın da evlәrini tәrk etmәyә mәcbur olduğu bildirilib.
Tural Turan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)















.webp)













.jpg)


