Yaxın Şərq
Suriya prezidenti Putindən Bəşər Əsədlə bağlı görün nə tələb edib
Suriya lideri Əhməd əl-Şara Rusiya prezidenti Vladimir Putindən Suriyanın keçmiş lideri Bəşər Əsədin ekstradisiyasını tələb edib.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" məlumat yayıb.
Qeyd olunur ki, Dəməşq ölkənin keçmiş prezidentini vətəninə qayıdandan sonra mühakimə etmək niyyətindədir.
Əlavə məlumat verilmir. Kremlin Suriyanın yeni hakimiyyət orqanlarına nə cavab verdiyi də məlum deyil.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin Əhməd əl-Şaraya mesaj göndərib. Onun sözlərinə görə, dövlət başçısı ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirmək səylərini dəstəkləyib və Moskvanın Dəməşqlə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, martın əvvəlində Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül-Qani bildirib ki, hökumət qüvvələri ölkənin qərbində hücumlar təşkil edən keçmiş prezidentin silahlı tərəfdarlarını zərərsizləşdirib. "Ələvilərlə toqquşmaların baş verdiyi ölkənin sahilyanı əyalətlərində vəziyyət sabitdir", - deyə o əlavə edib.
Adəm
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib




































