Yaxın Şərq
İsrail genişmiqyaslı əməliyyat hazırlayır - Hədəf müəyyən edildi
İsrail hakimiyyəti HƏMAS hərəkatının infrastrukturunu tamamilə məhv etmək məqsədi ilə Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, baş nazir Benyamin Netanyahu və ətrafı ABŞ-ın yeni administrasiyasının dəstəyinə və Livanda Hizbullahın mövqelərinin zəifləməsinə ümid edir.
“Qəzzada əsas ərazilərin ələ keçirilməsi HƏMAS-ı təcrid edəcək və onu resurslardan məhrum edəcək”, - deyə mənbələr izah ediblər.
Qələbə aylar, hətta illərlə çəkə biləcək yeraltı tunel şəbəkəsinin məhv edilməsini tələb edəcək.
Strategiyanın əleyhdarları, o cümlədən bəzi israilli siyasətçilər hesab edirlər ki, siyasi nizamlanma olmadan hərbi həll mümkün deyil.
"HƏMAS yerli əhalidən qaynaqlanır. Dialoq olmasa, münaqişə sonsuz olacaq", - anonim ekspert qeyd edib.
Martın 18-nə keçən gecə İsrail HƏMAS-a qarşı hərbi əməliyyata və yanvarın 19-dan atəşkəsin qüvvədə olduğu Qəzza zolağına zərbələr endirməyə başlayıb.
Hüseybn İbadlı
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib




































