Yaxın Şərq
İsrail Suriyanı hücumlarla HƏDƏLƏDİ - “Onları qorumağa sadiqik”
Suriyanın yeni hakimiyyət orqanları ölkədəki druz icmasına qarşı hücumların qarşısını ala bilməsə, İsrail buna cavab verəcək.
Publika.az xəbər verir ki, bu bəyanatla İsrailin müdafiə naziri İsrael Katz çıxış edib.
"Əgər druzlara qarşı hücumlar bərpa olunarsa və Suriya rejimi onlara qarşı mübarizə apara bilməsə, ölkəmiz qətiyyətli güclü addımlar atacaq. İsrail druzları qorumağa sadiqdir və vəziyyəti diqqətlə izləyir", - nazir qeyd edib.
Nazir həmçinin deyib ki, aprelin 30-da Suriyada druz icmasına edilən hücumlardan sonra o, baş nazir Benyamin Netanyahu ilə birlikdə IDF-yə ekstremist qruplara qarşı qabaqlayıcı zərbələr endirməyi tapşırıb. Suriya hökumətinə də druz icmasına qarşı hücumların qarşısını almaq üçün məsuliyyət daşıdığı barədə aydın mesaj verilib.
Həmin gün İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir hərbçilərə druzlara qarşı zorakılıq davam edərsə, Suriyanın yeni hökumətinin hədəflərini vurmağa hazırlaşmağı əmr edib. Ordunun mətbuat xidməti vurğulayıb ki, çərşənbə günü İsrail Hərbi Hava Qüvvələri druz icmasından olan mülki şəxslərə hücum edən yaraqlılara Dəməşqin kənarında hücum edib.
Hüseyn İbadlı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi




































