Yaxın Şərq
Abbasdan Trampa RƏDD CAVABI - “Yaxın Şərq Rivierası” yaradıla bilməz
Fələstin Milli Administrasiyası (FMA) ABŞ prezidenti Donald Trampın Qəzza zolağının abadlaşdırılması planına qarşıdır.
Publika.az xəbər verir ki, bu barədə Fələstin Muxtariyyətinin rəhbəri və Fələstin Prezidenti Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
“Biz fələstinlilərin öz ərazilərindən kənarda didərgin salınmasının əleyhinəyik və Qəzzada “Yaxın Şərq Rivierası”nın yaradılmasını istəmirik – biz bu planı qəbuledilməz hesab edirik, ona görə də onu rədd etdik”, – o deyib.
FMA liderinin sözlərinə görə, Fələstin Muxtariyyəti də Qəzzanın ABŞ administrasiyasının nəzarətinə verilməsi ideyasına qəti şəkildə qarşıdır. O vurğulayıb ki, amerikalıların və ya digər əcnəbilərin Qəzza zolağına rəhbərlik etmək hüququ yoxdur.
“Bunu yalnız FMA etməlidir və biz ABŞ administrasiyasına bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik”, - Abbas əlavə edib.
Hüseyn İbadlı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi




































