Nida.az
Bu qələbə Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi
Azərbaycan Ordusunun Qələbəsi ilə bitən Aprel döyüşlərindən 6 il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman hərbçilərimiz təcavüzkar Ermənistan ordusuna güclü zərbələr endirərək, 2 min hektardan artıq ərazini və strateji əhəmiyyəli yüksəklikləri işğaldan azad ediblər. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğalçılardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə söhbətimiz bu barədə oldu.
Hüquq müdafiəçisi dedi ki, Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi: “2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Cəbhənin ən gərgin Ağdərə –Tərtər –Ağdam və Xocavənd –Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirildi. Həmin döyüşlər rəşadətli ordumuzun qələbəsi ilə başa çatdı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan qəsəbəsi istiqamətində yollar düşməndən azad olundu. Lələtəpə yüksəkliyi isə işğal altındakı ərazilərdə düşmən mövqelərini bütün dərinliyi boyunca müşahidə etməyə imkan verir.
Azad edilmiş 2 min hektar ərazi ilə yanaşı, yeni mövqelərdən Qarabağın işğal altındakı minlərlə hektar sahəsinə vizual nəzarət də ordumuza üstünlük qazandırıb. Eyni zamanda, 584 metr hündürlüyündə Talış yüksəkliyi də azad edildi. Məhz bu yüksəklik düşmən tapdağı altındakı kəndə nəzarət etməyə imkan verirdi. Bundan başqa, azad olunmuş ərazi Goranboyun Tapqaraqoyunlu kəndini atəş altından tam çıxarmağa şərait yaratdı. Ümumilikdə, bu istiqamətdə azad edilmiş ərazinin sahəsi 14 kvadratkilometr təşkil edirdi”.
Ç.Qənizadə qeyd etdi ki, Aprel döyüşlərinin nəticələri Ermənistanın hərbi-siyasi rəhbərliyini şok vəziyyətinə saldı. Azərbaycan Ordusunun zərbələrinə tab gətirə bilməyən düşmən 25 ildən artıq müddətdə möhkəmləndirilmiş əlverişli mövqelərini tərk etdi. Düşmən həm canlı qüvvə və həm də hərbi texnika baxımından da ciddi itkilər verdi. Ermənistan tərəfi həmin döyüşlərdə 110 hərbi qulluqçusunu itirdiyini, 127 hərbçisinin isə yaralandığını etiraf etmişdi: “Aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandı, işğalçı ordunun rəhbərləri işdən qovuldu, daha sonra isə müharibə caniləri – Serj Sarkisyan öz dəstəsi ilə birlikdə hakimiyyəti itirdi”.
Komitə sədri Aprel döyüşlərinin əhəmiyyətindən söhbət açaraq dedi ki, dördgünlük müharibə xalqımıza zəfər sevinci yaşatmaqla bərabər, böyük Qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi: “2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun sərhədboyu ərazilərdə yenidən başladığı təxribatlar onların öz başında çatladı. Aprel döyüşlərindən ibrət götürməyən düşmən bu dəfə layiqli cavabını aldı. Düşmən bu dəfə Azərbaycan Ordusu qarşısında yalnız 44 gün duruş gətirə bildi. Azərbaycan Ordusu dünyanın ən güclülərindən olduğunu təsdiqlədi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusu darmadağın edildi. Bu qələbə Azərbaycanın dünya miqyasındakı mövqeyini daha da möhkəmləndirdi”.
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı









.jpg)



























