Nida.az
Rasim Musabəyov: “Cənub qaz dəhlizi” bizə siyasi və iqtisadi dividentlər gətirəcək”
“Azərbaycan öz siyasi iradəsini sona qədər yeridir. “Cənub qaz dəhlizi” layihəsinin dünən keçirilən Məşvərət Şurasının iclası da rəsmi Bakının verdiyi qərarların arxasında dayandığını, bu qərarları icra etdiyini göstərir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin
beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü, politoloq Rasim Musabəyov deyib.
R. Musabəyov bu toplantını layihənin gələcəyi üçün mühüm hadisə
adlandırıb. Onun sözlərinə görə, belə görüşlər layihənin icrasında
vacib məqamlardır.
“Hazırda dünyada baş verən prosesləri proqnozlaşdırmaq çətindir.
Hər keçən gün proseslər dəyişir, yeni dəyişikliklər baş verir. Belə
bir məqamda Azərbaycanın siyasi iradə göstərməsi və investisiya
yatırdığı layihələrin gələcək taleyini düşünməsi vacibdir. Xüsusilə
neftin qiyməti sabit deyil, Qərb-Rusiya qarşıdurması davam edir.
Azərbaycan isə öz layihələrini icra etmək istiqamətində addımlar
atır. Bu, rəsmi Bakının iradəsini göstərir”, - deyə o bildirib.
R. Musabəyov “Cənub qaz dəhlizi” layihəsinin Azərbaycana siyasi və
iqtisadi dividentlər gətirəcəyini düşünür. Onun sözlərinə görə,
Azərbaycan rəhbərliyi prosesləri izləyir və buna uyğun addımlar
atır: “Bu layihənin Azərbaycana gətirəcəyi dividentləri hər bir
vətəndaş öz həyatında hiss edəcək”.
Asif Nərimanlı
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Rəsmi xronika14:43İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - VİDEO
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb


































.jpg)


