Nida.az
Nazirlərimiz silah sərgisində (FOTO)
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində İDEX-2015 beynəlxalq müdafiə sərgisi işə başlayıb.
Dünyanın müxtəlif ölkələrindən 1500-dək şirkətin qatıldığı sərgidə
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə təmsil
olunur. MSN stendində Azərbaycan müəssisələrində istehsal olunmuş
180-dən artıq məhsul, o cümlədən atıcı silahlar, artilleriya
sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş
sursatları və s. təqdim olunur.
Sərgidə Azərbaycan istehsalı olan atıcı silahlar və döyüş
sursatları xarici ölkələrin hərbçiləri tərəfindən maraqla
qarşılanıb.
Sərginin açılış mərasiminə BƏƏ ilə yanaşı regiondan və dünyanın
müxtəlif ölkələrindən Silahlı Qüvvələr rəsmiləri, müdafiə nazirləri
qatılıblar.
İDEX sərgisi ilə bir yerdə NAVDEX-2015 dəniz texnologiyaları,
UMEX-2015 pilotsuz texnologiyalar sərgisi keçirilir.
Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun
başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nazir Y. Camalovun
sərgi çərçivəsində bir sıra ölkələrdən olan həmkarları ilə
görüşləri planlaşdırılır.
Ziyarətçi qismində sərgiyə Azərbaycandan İDEX-2015 sərgisində
müdafiə naziri, general-polkovnik Zakir Həsənov, fövqəladə hallar
naziri, general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd
Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılığı
altında nümayəndə heyətləri iştirak edir.
Sərginin rəsmi açılışından sonra Azərbaycandan olan nümayəndə heyətləri MSN stendinə baş çəkib. Burada Azərbaycanda istehsal edilən məhsullar barədə məlumat alıblar.
Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, nazirlik sərgidə
180 adda məhsulla təmsil olunur: “Bizim BƏƏ ilə müdafiə sənayesi
sektorunda əməkdaşlıq planlarımız var. Bir neçə həftə əvvəl BƏƏ
heyəti Bakıda oldu və danışıqlar apardıq. Bizim bir sıra
məhsulların burada testi nəzərdə tutulur. Ümumilikdə ərəb regionu
Azərbaycan üçün perspektiv sayılan regionlardandır ”.
Nazir yaxın vaxtlarda MSN-in 5 yeni istehsal sahəsinin istifadəyə
veriləcəyini bildirib. Onun sözlərinə görə, istifadəyə veriləcək
müəssisələrdən biri ölkədə ilk dəfə tanklar və artilleriya
vasitələri üçün döyüş sursatları istehsal olunacaq. Bununla da
Azərbaycanın xaricə asılılığı aradan qalxacaq.
DSX rəisi, general-polkovnik Eçin Quliyev Azərbaycan istehsalı olan
patronların keyfiyyətinə görə yüksək səviyyədə olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan MSN İDEX sərgisinə ikinci dəfədir qatılır. Bundan əvvəl - 2011-ci ildə MSN İDEX sərgisində stendlə təmsil olunub.
Sərgi çərivəsində Azərbaycan MSN stendində Azərbaycan və BƏƏ Sərhəd
Mühafizəsi rəhbərlərinin görüşü baş tutub.
APA
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı















.jpg)


.jpg)

















.jpg)


